Tanınmış azərbaycanlı jurnalist Medvedevlə bağlı xatirələrini bölüşdü
Xəbər verildiyi kimi, dünən Rusiya hökuməti istefaya gedib. Vaxtilə keçmiş Baş nazir Dmitri Medvedevdən eksklüziv müsahibə alan Azərbaycanın Əməkdar jurnalisti Faiq Hüsiyev bu hadisəyə münasibətini bildirib.
Milli.Az Publika.az-a istinadən onunla müsahibəni təqdim edir.
- Faiq müəllim siz Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüşünüzü necə xatırlayırsınız?
- Mən onunla görüşəndə Dmitri Anatolyeviç Rusiya Federasiyasının prezidenti idi. 2011-ci ilin dekabr ayında ondan müsahibə almişdim. SSRİ dağıldıqdan sonra ilk dəfə idi ki, Rusiya prezidenti Cənubi Qafqazı təmsil edən jurnalistə eksklüziv müsahibə verirdi. Mən onun dərin savada və yüksək intellektə malik olduğunu eşitmişdim. Müsahibə vaxtı buna bir daha əmin oldum. Onu da qeyd edim ki, Medvedev həm də çox səmimi bir insan təəssüratı bağışladı və xatirimdə belə qaldı.
- Onunla cəmi bir dəfə görüşmüsünüz?
- Onunla başqa bir görüşüm də olub. Dövlət televiziyasının sədr müavini kimi MDB KİV rəhbərlərinin 2013-cü ildə keçirilən görüşündə iştirak edirdim. Həmin görüş Medvedevin iştirakı ilə keçirilirdi. Amma artıq baş nazir idi. O görüş də çox maraqlı və əhatəli alınmışdı.
.jpg)
- Dmitri Medvedevin fəaliyyətini, ümumiyyətlə, necə qiymətləndirmək olar?
- Təbii ki, Rusiyanın ali dövlət vəzifərini tutmuş siyasi xadimin fəaliyyətini bir-iki cümlə ilə qiymətləndirmək olmaz. Şübhəsiz, Rusiya-Azərbaycan münasibətlərinin inkişafında onun çox müsbət xidmətləri var. İstər prezident, istərsə də baş nazir olduğu dönəmlərdə dövlətlərimizin və xalqlarımızın mənafeyinə xidmət edən uğurlu addımlar atması Dmitri Anatolyeviçin sanballı siyasətçi olduğunu sübut edir. Dəfələrlə Azərbaycana səfər etmişdi. Fikrimcə, Prezident İlham Əliyevlə Medvedevin dostluq münasibətlərində olmasını da unutmaq olmaz. Prezidentlər dost olmasa, ölkələr dost ola bilməz! Məhz Medvedevin səyləri nəticəsində 2008-ci ilin noyabrında Mayndorf Bəyannaməsinin imzalanmasını Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət hal kimi dəyərləndirmək olar. Hərçənd, siyasi danışıqlar prosesi Ermənistanın qeyri-konsrtuktiv mövqeyi ucbatından dalana dirəndi. Rusiyanın bu ölkəyə təzyiq mexanizmləri də tam şəkildə işə düşmədi. Ümumilikdə götürəndə - iqtisadi və humanitar sahələrdə, eləcə də hərbi-texniki əməkdaşlıqda Rusiya ilə əlaqələrimizin yüksək səviyyəyə qalxmasında Dmitri Medvedevin rolu danılmazdır.
- Sizcə istefanın səbəbləri nə ola bilər və bu istefa bizim münasibətlərimizə təsir edə bilərmi?
- Bu günlərdə hər kəs məlumatları açıq informasiya mənbələrindən alır, amma istefanın əsas səbəbi yazılmır. Aydındır ki, bütün dünyada gedən siyasi və iqtisadi proseslər islahatların çevik aparılmasını tələb edir. İnkişaf sözünün bir sinonimi də dəyişiklikdir. Komandadaxili rakirovka indi hər yerdə qəbul olunmuş idarəçilik fəndidir. Dmitri Medvedev baş nazir postundan getsə də, siyasi isteblişmentin aparıcı fiqurlarından biri kimi qalacaq. Unutmayaq ki, o, "Yedinaya Rossiya" hakim partiyasının sədridir. Dmitri Anatolyeviçin Rusiya Təhlükəsizlik Şurasında Prezident Vladimir Putinin müavini olacağı haqda xəbərlər də yayılmaqdadır. Odur ki, fikrimcə, Medvedev üçün bu istefa siyasi karyeranın sonu deyil, yeni təzahürüdür. Özü də Rusiya Konstitusiyasına təklif edilən dəyişikliklər fonunda bu heç də zəif sonluq deyil...
Ölkələrimiz arasında münasibətlərə gəldikdə isə deyə bilərəm ki, Rusiya-Azərbaycan əlaqələri bu gün möhkəm siyasi-iqtisadi, həmçinin humanitar bazaya əsaslanır. İlk növbədə prezidentlərimizin iradəsinə əsaslanan və xalqlarımızın mənafeyinə xidmət edən qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiyaya 2019-cu il 21-25 noyabr tarixli rəsmi səfəri də bu istiqamətdəki əlaqələrimizə əsaslı dinamizm vermiş oldu. Bu baxımdan, Rusiya ilə münasibətlərimizə heç bir təhlükə görmürəm!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
XƏBƏR LENTİ
-
Bülent Ersoy “alma şəkəri” obrazında - (Foto)
-
“2 milyonum olsaydı, toyda oxumazdım” - Eldəniz Məmmədov
-
Dəhlizdə bu 5 əşyanı saxlamayın - Uğurun qarşısını kəsir
-
“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs
-
Xadiməni aldadıb 3 min almışdı - Üstünə 750 manat qoyub qaytardı
-
Övladını birinci sinfə yola salanlar - (Foto)
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
Anar Bayramov Arzu Bəndəliyevanı işdən çıxardı - Yenilənib (Foto)
-
Müğənni Afət və Dəniz bir-birilərini məhkəməyə verdilər - Eyni gündə Saatlı və Bakıda
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Könül Kərimovanın nəvəsi birinci sinfə gedir - (Foto)
-
Sinifdə elektron siqaret çəkən uşaqlar bu məktəbdə oxuyurmuşlar - (Yenilənib/Video)
-
Zakir Həsənovla Belarusun müdafiə naziri arasında görüş keçirilib - (Foto)
-
Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
-
Türkiyədə valyutadəyişmə məntəqəsində atışma: Ölən və yaralananlar var
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır





