Siyasət

Prezident İlham Əliyev Oman Sultanına başsağlığı verib

11 Yanvar 2020 14:58
Baxış: 764

Prezident İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə başsağlığı verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, başsağlığında deyilir: "Əlahəzrət, Görkəmli dövlət xadimi, Omanın Sultanı Əlahəzrət Qabus bin Səidin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, ailənizin bütün üzvlərinə, dost Oman xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.