Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə Azərbaycan xalqını təbrik edib

31 Dekabr 2019 00:32
Baxış: 1 437

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Sizi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni İl münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Qoy Tanrı öz mərhəmətini xalqımızdan əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsun! Bu bayram günündə sizə möhkəm cansağlığı, xoş ovqat, ailələrinizə sevinc və rifah arzulayıram."

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.