Siyasət

İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib

27 Dekabr 2019 11:03
Baxış: 1 850

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda dövlətimizin başçısı Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev bu faciə ilə əlaqədar qazaxıstanlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adından və Azərbaycan xalqı adından başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.