Siyasət

Monteneqronun dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

25 Dekabr 2019 17:51
Baxış: 536

Monteneqronun Prezidenti Milo Cukanoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident. Ad gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, cansağlığı, ailə səadəti, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Monteneqro ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafına göstərdiyiniz diqqətə görə minnətdarlığımı bildirirəm.

Sizinlə gələcək görüşlərimizi səbirsizliklə gözləyir, müdrik rəhbərliyinizlə dost Azərbaycanın inkişafından məmnunluq duyuram.

Zati-aliləri, ən dərin ehtiramımı, səmimi təbriklərimi və salamlarımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.