Siyasət

Baş Nazirin müavini Əli Əhmədov bələdiyyə seçkilərində səs verib

23 Dekabr 2019 12:29
Baxış: 693

Baş Nazirin müavini Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov bələdiyyə seçkilərində səs verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, o, 17 sayli Yasamal 3-cü Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.