Siyasət

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar müstəqil media mərkəzi yaradılacaq

17 Dekabr 2019 17:11
Baxış: 691

"Azərbaycanda seçkilərlə bağı yaradılan müstəqil media mərkəzləri başqa yerlərdə nümunə kimi göstərilir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, növbədənkənar parlament seçkiləri ilə əlaqədar da yaxın günlərdə müstəqil media mərkəzi yaradılacaq:

"Ənənəvi olaraq parlament seçkilərində belə müstəqil media mərkəzləri yaradılır. Bu media mərkəzi başqa yerlərdə bir nümunə kimi göstərilir. Azərbaycana gələn beynəlxalq təşkilatlar bu təcrübəni yüksək qiymətləndirirlər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.