Siyasət

Türkiyə parlamentinin spikeri Bakıya səfər edəcək

17 Dekabr 2019 08:03
Baxış: 869

Türkiyə Parlamentinin spikeri Mustafa Şentop Bakıya səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, M.Şentopun Bakıya səfəri 18-19 dekabrda baş tutacaq.

Məlumatda deyilir: "M.Şentop Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu iclasında iştirak edəcək".

Qeyd edilib ki, Türkiyə Parlamentinin spikeri Bakıya səfəri çərçivəsində Azərbaycanın rəsmiləri ilə görüşlər keçirəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.