Azərbaycan və Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensial var
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə Qətər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycan-Qətər münasibətlərinin inkişafında ölkə rəhbərlərinin səylərini xüsusi vurğulayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında hərbi sahədə də əlaqələrin uğurla inkişaf etdiyini deyib.
Tərəflər Azərbaycan ilə Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edərək bu əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Hərbi əlaqələrin inkişafı baxımından hərbi qulluqçuların qarşılıqlı səfərlərinin, həmçinin Azərbaycan-Türkiyə-Qətər birgə hərbi təlimlərinin keçirilməsinin vacibliyi vurğulanıb.
Diplomat isə öz növbəsində dost və qardaş olan Azərbaycanda səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu, ölkələrimiz arasında əlaqələrin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
Səfir qeyd edib ki, Qətər ölkəmizin ərazi bütövlüyünü tanıyır, beynəlxalq təşkilatlar və tədbirlər çərçivəsində daim Azərbaycanın haqq işini dəstəkləyir.
Görüşdə hərbi sahədə əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı





