Mogerini: "Aİ Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işləri davam etdirir"
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini bu ilin 27 noyabr tarixində Avropa Parlamentinin şərq qonşuluğunda inkişaf mövzusunda keçirilən müzakirələrində çıxış edib.
Milli.Az xəbər verir ki, Trend Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, çıxışı zamanı Ali Nümayəndə son 5 il ərzində Şərq Tərəfdaşları ilə işləmək imkanından bəhs edərək 2014-cü ildə vəzifəyə gəldiyi zaman bu məsələnin Aİ-nin xarici və təhlükəsizlik siyasəti gündəliyinin ən mühüm elementlərindən biri olduğunu qeyd edib və hazırda isə Aİ-nin Şərq Tərəfdaşlarına daha da yaxın olduğunu vurğlayıb.
Hər bir Şərq Tərəfdaşlığı ölkəsi ilə münasibətlər haqqında bəhs edən F.Mogerini, Aİ-nin Azərbaycan ilə yeni Sazişi yekunlaşdırmaq üçün işi davam etdirdiyini və beynəlxalq standartlara uyğun olaraq, insan hüquqlarından iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinədək müxtəlif məsələləri əhatə edən ambisiyalı sazişin arzu edildiyini vurğulayıb. Aİ-nin Ali Nümayəndəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün işin, Ermənistan və Azərbaycan arasında ən yüksək səviyyədə dialoqun dəstəklənməsinin və təşviq edilməsinin davam etdiriləcəyini bildirib. Aİ-nin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini, Aİ-nin Xüsusi Nümayəndəsinin fəaliyyəti vasitəsilə daxil olmaqla, dəstəklədiyi vurğulanıb.
Qeyd etmək lazımdır ki, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilən bu çıxışın Azərbaycanla bağlı, xüsusilə də münaqişənin həllindən bəhs edən paraqrafına daxil edilmiş "Azərbaycan" keçidi oxucunu bu ilin aprel ayında Brüsseldə keçirilmiş Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının 16-cı iclasının mətbuat konfransına istiqamətləndirir.
Xatırladaq ki, sözügedən mətbuat konfransı zamanı Ali Nümayəndə F.Moqerini Azərbaycanı Aİ-nin çox mühüm tərəfdaşı adlandırır və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün Aİ tərəfindən tam şəkildə dəstəkləndiyini vurğulayır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
Millət Vəkili Sevil Mikayılova IPU-nun 153-cü Assambleyasında məruzə ilə çıxış edib - (Video/Foto)
XƏBƏR LENTİ
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir
-
Eltəkin Ömərova yüksək vəzifə verildi
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)





