"Arif Hacılı hər gün özünü də, Müsavatı da daha çox batırır" - Rauf Arifoğlu
Hamı onu ittiham edir. Silahdaşları, tərəfdaşları, tərəfdarları olmuş şəxslər onu istefaya çağırır. Alman və Azərbaycan mətbuatı ondan yazır, "yutub" kanalları ondan veriliş verir, tamah məqsədi ilə Avropaya siyasi mühacir göndərməsi və onun qurduğu cinayət şəbəkəsi haqda iddialar ortalıqda meydan sulayır. O qədər rəzil bir durumdur ki, gerçək müsavatçıların vicdan və can ağrılarını sözlə ifadə etmək mümkünsüzdür. Adam hər gün özünü də, Müsavatı da daha çox batırır...
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyası başqanı Arif Hacılının sözügedən qəzetə qarşı ittihamlarına cavab verərəkən deyib.
Baş redaktor bildirib ki, radikal müxalifətin anası Xədicə İsmayıl başda olmaqla, özünü "gerçək" müxalifət sayan bir çoxları Arif Hacılını ələ salır, "istefa", deyə, məzələnir, status yazır, şəbədə edir. Alman polisi bunun adamlarını həbs edir, arayış verdiklərini təyyarəyə mindirib geri qaytarır, adı cinayət dosyelərində, qəzet manşetlərindədir. Proses böyüsə, Almaniya hökuməti Müsavat Partiyasının bağlanması məsələsini qaldıracaq:
"Bir sözlə, Azərbaycan cəmiyyəti və Avropadakı mühacirlərin çoxu cənab Hacılını eşşəyə tərs mindiriblər. O isə bütün bunları - xədicələri, alyaları, almanları, tərs mindirildiyi eşşəyin üstündəki halını görməzdən gəlir. Bizə yüklənir. "Yeni Müsavat" bizə qarşı kampaniya aparır, deyir... Alman polisini də bu hakimiyyət idarə edirmiş, söyləyir. "Kim harada nə etsə də, bilin ki, arxasında bu hakimiyyət durur" - deyib, gülünc bir fikrə mətərislənir. Tam qərəz, kor bir nankorluqdur. Çünki bu hadisələr partlaq verəndən bəri bir kəlmə belə yazmadım. Heç yerə açıqlama vermədim. Bir zamanlar canım-həyatım bahasına qurduğum və böyütdüyüm bir partiya mövzubahis idi, ona görə. Məlumatlıyam və prosesin Müsavatın bağlanmasına səbəb ola biləcəyinin fərqindəyəm. Çünki iddiaların bəziləri doğrudur, lakin bu doğrular təsdiqlənərsə, özü cəhənnəm, Müsavat bağlanacaq. Üstəlik, illərdir Müsavat və milli dəyərlərimizə qarşı düşmənlik edən xədicələr onun üstünə ayaq almasın, dost - düşmən bir donqili başqana görə Müsavatı alay yerinə qoymasın, təşkilat daha da dağılmasın deyə, hətta redaktor yazılarında dəstək belə verdirdim. Anlayan, qanan biri olsaydı, mərdimazar və kindar ürəyi imkan versəydi, batdığı yerdə ona uzanan xilas ağacını görə bilərdi. Görmək istəmədi...".
"Əlini mənə bəsdərəcik, yox, yox, mən səndən küsdərəcik..." - deyə, R.Arifoğlu fikrini tamamlayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın müxalifət partiyasının keçmiş üzvlərini saxlayıb. Cnayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib. Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlum olub ki, həbs edilənlər Almaniyada "miqrant alveri" ilə məşğul olmaqda , o cümlədən 3-10 min avro arası ödəmə qarşılığında qaçaq yollarla Almaniyaya mühacir aparmaqda şübhəli bilinir.
Adı "mühacir alveri"ndə hallanan Müsavat Partiyasının sədri Arif Hacılı isə "Yeni Müsavat" qəzeti də daxil olmaqla media vasitələrini partiyaya qarşı əks təbliğat aparmaqda ittiham edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib





