Erməni KİV: Azərbaycan rəsmiləri Ermənistan hakimiyyətini “döyür”
Ermənistanın Respublika Partiyasının sədr müavini, keçmiş deputat Armen Aşotyan ölkəsinin Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşünə qatılmamasını tənqid edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Azeridaily"nin məlumatına görə, A.Aşotyan Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcəyini xatırladıb.
O deyib ki, Azərbaycan illərdir buna hazırlaşırdı və Hərəkat rəsmi Bakı üçün beynəlxalq aləmdə öz mövqeyini irəli sürmək istiqamətində əsas vasitələrdən birinə çevrilib.
A.Aşotyan bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşündə nitqinin əsas hissəsini Qarabağa həsr edərək Azərbaycanın maraqlarını qoruyub.
"Bu fonda Ermənistan hakimiyyətinin Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak etməməyə qərar verməsi istehza doğurur. Halbuki Ermənistan Qoşulmama Hərəkatında müşahidəçi statusundadır. Lakin bir neçə gün qabaq Ermənistanın Xarici İşlər Nazirliyi bəyan etdi ki, ölkənin bu sammitdə iştirakı məqsədəuyğun deyil", - deyə A.Aşotyan əlavə edib.
Eks-deputat vurğulayıb ki, Ermənistan gücsüz və "dişsiz" xarici siyasət yürüdür:
"Mən dəfələrlə demişəm ki, bizim yüksək vəzifəli rəsmilərimiz, xüsusilə parlamentin sədri və Milli Təhlükəsizlik Şurasının katibi beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı danışmaqdan çəkinirlər.
Beləliklə də, Azərbaycanın yüksək ranqlı rəsmiləri Ermənistan hökumətinin nümayəndələrini və mövcud hakimiyyəti "döyür". Onlar (Ermənistan hakimiyyətini nəzərdə tutur) hər hansı bir əks tədbir görmürlər".
A.Aşotyan Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın BBC-yə "Hard Talk" verilişinə verdiyi müsahibəyə də toxunub.
O bildirib ki, Z.Mnatsakanyanın müsahibəsi uğursuz idi.
"Ermənistan hökumətinin təbliğat maşını Xarici İşlər nazirinin qalmaqallı müsahibəsinin nəticələrinin qarşısını almaq üçün əbəs yerə çalışır. Lakin təqdim olunan arqumentlər parlament diplomatiyası qədər zəifdir. Bu insanlar elə bilir ki, ölkə daxilində nağıl danışmaqla xaricdə siyasəti gücləndirirlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Prezident İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - (Foto)
XƏBƏR LENTİ
-
Qazaxda açıq ərazidə güclü yanğın
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
İkardinin qayda pozuntusu baha başa gəldi – 73 illik qadağa
-
Əli Əsədov iclas keçirir
-
Türkiyəni silkələyən zəlzələnin görüntüləri yayıldı - (Video)
-
Bakıda yeni avtobus zolağı təşkil edildi
-
Ağcabədidə qadını bıçaqlamaqda həyat yoldaşı şübhəli bilinir
-
Bakıda Formula 2 üzrə ikinci sıralama turu başa çatıb - Yenilənib
-
Maşınınız duracağa aparılarsa, bu qədər pul ödəyəcəksiniz - Yeni qiymətlər
-
Azərbaycan XİN Qazaxstana başsağlığı verib
-
Zakir Həsənov Qazaxıstana başsağlığı verib
-
Rusiyada ayı turistə hücum etdi - Tanınmış məşqçi öldü
-
Fransa millisində Türkiyə oyunu öncəsi ciddi itki
-
Formula 2: Azərbaycan Qran-Prisində ilk sıralama turu yekunlaşıb - Yenilənib
-
ABŞ və Çin arasında “ticarət atəşkəsi” uzadıldı
-
Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib
-
20 yaşlı polşalı futbolçu faciəvi şəkildə öldü
-
Xəyanətə uğradığını bildi, evi dağıtdı - (Video)
-
Qazaxıstanda hərbi təlim faciə ilə nəticələndi: 9 hərbçi öldü
-
Pezeşkianın çıxışı zamanı nümayəndə heyətimizin zalı tərk etməsi yalandır
-
Formula 1 Azərbaycan Qran-Prisində ilk sərbəst yürüş başa çatdı - Yenilənib
-
Hande Erçel Milanda "gəlinlik"də - (Video)
-
Yevlaxdakı qətl işi üzrə 6 qohuma hökm oxundu
-
Xəzərdə hərbi təlim faciə ilə nəticələndi - 9 hərbçi öldü





