Ekspert: Azərbaycan Prezidentinin bilavasitə rəhbərliyi iqtisadiyyatın qabaqlayıcı inkişaf dinamikasını təmin edib
Qeyri-neft sektorunun artımı, eləcə də sənaye sektorunun qabaqlayıcı inkişaf dinamikası Azərbaycanda dövlət başçısının bilavasitə rəhbərliyi ilə keçirilmiş iqtisadi islahatların nəticəsidir.
Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov 2019-cu ilin ilk doqquz ayının sosial-iqtisadi yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, 2014-cü ildə neft-enerji bazarında volatillik dövründən sonra Azərbaycanda institusional dəyişikliklərin ardıcıl reallaşdırılmağa başladığı müşahidə olundu:
"Ölkədə biznes mühitin dəstəklənməsi məqsədilə müəyyən vergi güzəştləri tətbiq olundu, eləcə də sosial paketlərin gücləndirilməsi üçün tədbirlər görüldü. Bütün bu uğurlar Azərbaycan Prezidenti İlham Əliyevin memarı olduğu vacib dəyişikliklərin nəticəsidir. Eyni zamanda sosial blokda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə reallaşdırılan təbdirlər ona gətirib çıxarır ki, daxili istehlak bazarı artır, istehlakçı daha ödəməqabiliyyətli olur, bu isə öz növbəsində ölkədə iqtisadi artımı stimullaşdırır. Vergi və gömrük sahəsində islahatlar, şəffaflıqla bağlı addımlar öz nəticələrini verməkdə davam edir".
Ekspert qeyd edib ki, Azərbaycan dövlətinin düşünülmüş və balanslaşdırılmış siyasəti ən yüksək səviyyədə keçirilir:
"Dövlət başçısının məhz qeyri-neft sənayesində qabaqlayıcı artımı qeyd etməsi çox vacibdir, çünki bu, iqtisadiyyatın real sektorudur və fikrimcə, investisiyaların həcminin artması, investisiya axınının innovativ məzmunu yaxın gələcəkdə ölkə iqtisadiyyatında ümumi daxili məhsulun 5 faiz və daha çox həcmdə qabaqlayıcı artımına nail olmağa imkan verəcək".
E.Məmmədovun sözlərinə görə, qısa və orta müddətli perspektivdə qeyri-xammal sahələrin inkişafı istiqamətində bu göstəricilərdə dəyişikliklər baş verə bilər:
"Bu fikir qeyri-neft sektoruna yönəlmiş kapital qoyuluşlarının həcminə əsaslanır. Hesab edirəm ki, yaxın illərdə də bu istiqamətdə atılan addımların çox ciddi sosial-iqtisadi təsiri gözlənilir. Daxili bazarı genişləndirməklə biz faktiki olaraq daxili bazarı stimullaşdırırıq, idxalı əvəzetmə siyasətinin reallaşdırılmasını dəstəkləyirik. Bu kontekstdə, bir tərəfdən əhalinin sosial müdafiəsinin artırılması üçün imkanların genişləndirilməsi ön plana çıxır, digər tərəfdən isə, daxili bazarın genişləndirilməsi, əmək fəaliyyətinin artırılması hesabına milli iqtisadiyyatın dayanıqlı inkişafının təmin olunmasına töhfə verilir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Soyuq hava mövsümü başladı: Viruslardan necə qorunmalı?
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var





