Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini həmişə hiss edirik - Mariana Vasileva
Biz daim Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın dəstəyini hiss edirik. Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.
M.Vasileva bildirib: "Ən əsası - Azərbaycanın Birinci vitse-prezidenti, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanı təbrik etmək və Dünya Çempionatının açılışı zamanı onun və əlbəttə ki, Azərbaycan Preizidenti İlham Əliyevin iştirakı ilə hiss etdiyimiz dəstəyə görə böyük təşəkkürümü bildirmək istəyirəm. Onların yanımızda olmaları bizim üçün böyük qürurdur. Hətta onlar zalda olmayanda biz onların dəstəyini həmişə hiss etmişik. Şadıq ki, biz də nəticələrimizlə onları sevindirə bildik. Daha çox çalışacağıq".
Azərbaycan gimnastlarının Tokio-2020 Olimpiya Oyunlarına qazandıqları lisenziyalardan danışan Mariana Vasileva qeyd edib ki, bu, böyük uğurdur və qarşıya qoyulan məqsəd yüz faiz yerinə yetirilib: "Biz yaxşı bilirdik ki, fərdi proqramda iki lisenziya qazana bilmərik, bütün gimnastlarımız gəncdir, onlardan ikisi Dünya Çempionatında ilk dəfə çıxış edirdi. Əlbəttə ki, Zöhrə Ağamirovaya ümid edirdik, o, ən təcrübəlidir. Ötən il o, Dünya Çempionatında iştirak etmişdi və ilk 20-liyə düşmüşdü. Hazırda isə Çempionatda o, artıq 16-cıdır və Olimpiya Oyunlarına lisenziya qazanıb. Zöhrə ilə fəxr edirik, çünki gənc yaşında belə möhkəm əsəblərin olması nadir haldır. O, öz üzərində işləyəndir. Fikrimcə, onu gələcəkdə daha böyük uğur gözləyir. Qrup hərəkətlərdə komandanın nəticəsindən danışarkən demək istərdim ki, mən çox xoşbəxtəm. Bizim üçün bu, vacib idi. Deyirlər ki, evdə doğma divarlar kömək edir, amma evdə çıxış etmək daha çətindir. Bizim qızlara da çətin idi, onlar bacardıqlarından da yaxşı çıxış etmək və azarkeşləri sevindirmək istəyirdilər. Yeri gəlmişkən, azarkeşlərə də dərin təşəkkürümü bildirirəm, bilirəm ki, bugünkü final günü üçün bütün biletlər satılmışdı".
Baş məşqçi həmçinin əlavə edib ki, artıq bir çoxlarının Azərbaycanda bədii gimnastika məktəbinin olması barədə düşünməsi ona xoş təsir bağışlayır:
"Bu, onu göstərir ki, biz doğru yolla gedirik və öz məktəbimizi yaradırıq".
Qeyd edək ki, Milli Gimnastika Arenasında 16-22 sentyabr tarixlərində dünya çempionatı keçirilib. Çempionatda 61 ölkədən 300-dən artıq gimnast mübarizə aparıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Türkiyədə güclü zəlzələ oldu
-
Zidan Ronaldonu müdafiə etdi
-
Vladimir Putin Türkmənistana səfər edəcək
-
Hava ilə bağlı son məlumat
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz





