Siyasət

Fuat Oktay: “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir"

15 Sentyabr 2019 23:44
0 Şərh     Baxış: 815

Azərbaycanla siyasi və iqtisadi əlaqələrimiz çoxşaxəlidir. "Bir millət, iki dövlət" kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir. Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyənin "Anadolu" xəbər agentliyinə müsahibəsində Bakıda səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay bildirib.

O deyib: "Azərbaycanda sabitliyin artması bizi nə qədər xoşbəxt edirsə, Türkiyədə olan əmin-amanlığın da azərbaycanlıları o qədər sevindirdiyini bilirik. İki ölkə olaraq biz birlik və bərabərlik içindəyik".

Çox əlamətdar bir gündə Bakıda olduğunu söyləyən F.Oktay 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə əlaqələrində olduqca vacib yer tutduğunu qeyd edib. 1918-ci il hadisələrini xatırladan F.Oktay deyib: "O zamanlar Osmanlı dövləti üçün ağır olmasına baxmayaraq, Qafqaz İslam Ordusu Bakıya göndərilib. Bu gün də "Azərbaycanın çətinliyi var" deyilərsə, eyni hadisənin tərəddüdsüz təkrarlanacağına şübhə duymuram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.