Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub - FOTO
Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxdı.
Qeyd edək ki, 1971-ci ildən fəaliyyətə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib.
Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub.
Əvvəllər fənn kabinetləri yararsız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı.
Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.
Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.
Məktəbin kollektivi ilə görüşüb, onlara yeni dərs ilində uğurlar arzulayan Birinci vitse-prezident Mehriban Əliyeva dedi:
-Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.
Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.
Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.
Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Siz bilirsiniz ki, Bakı şəhərinin, Bakıətrafı qəsəbələrin, regionların inkişafı proqramları artıq 15 ildən çoxdur həyata keçirilir. Məqsəd ondan ibarətdir ki, ölkəmizin hər bir qəsəbəsində, hər bir regionunda, hər bir kəndində müasirlik, inkişaf, yeniləşmə prosesləri olsun. Bunun da əsas məqsədi odur ki, insanların yaşayış səviyyəsi qalxsın. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.
Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi, təbriklərimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun.
XXX
Ümumiyyətlə, bu gün Sabunçu rayonun Kürdəxanı qəsəbəsində quruculuq-abadlıq işləri sürətlə gedir. 12 min 200 nəfər əhalinin yaşadığı qəsəbədə qazlaşma uğurla davam edir, yol infrastrukturunun inkişafı ilə bağlı işlər görülür, küçələrin bərpası həyata keçirilir, yeni işıqlandırma sistemi quraşdırılır.
Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Telman Əliyev: Çox sağ olun ki, təşrif buyurub gəldiniz. Böyük işlər görmüsünüz. Yollarımız çox gözəldir. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Yollar barədə deyə bilərəm ki, qəsəbədaxili 115 küçə, ümumilikdə 70 kilometr uzunluğunda yollar tamamilə yenidən qurulub. Bu da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır.
Şirinxanım Abbasova: Hörmətli Mehriban xanım, məktəbimizin kollektivi adından Sizi salamlayırıq, Sizə minnətdarlığımızı bildiririk. Həm sakinlər adından, həm məktəbin pedaqoji kollektivi adından Sizə "Çox sağ olun!" deyirik. Sizin bu böyük işinizi yüksək qiymətləndiririk. Çox sağ olun.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, mənim borcumdur. Bilirsiniz, mən hər zaman insanlarla ünsiyyətdə olmağa və onların problemlərini eşitməyə çalışıram. Bilirsiniz, mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz.
Şirinxanım Abbasova: Məktəbin kollektivi adından Sizi əmin edirik ki, Sizin, bax, bu qədər gördüyünüz işlər qarşısında biz də daha böyük səylə çalışacağıq, bütün qüvvə və bacarığımızı gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyik. Bir daha qəsəbə sakinləri, məktəbin pedaqoji kollektivi adından Sizə öz minnətdarlığımızı bildiririk. Sağ olun, var olun.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)
-
Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir - Almaniya Kansleri
-
Prezident İlham Əliyev: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir
XƏBƏR LENTİ
-
Şəkər tamamilə "düşmən" deyil: Şirinə olan ehtiyacı daha sağlam qarşılamanın yolları
-
Ağciyərlərdəki ləkələri silgi kimi təmizləyir: Bir sapı belə kifayətdir
-
Dilarənin ən böyük arzusu
-
Ermənistan ordusunun hərbçisi ölüb
-
Yasdakılar lavaşdan zəhərlənib
-
Bakıda oteldən oğurluq edən tutuldu
-
Çempionlar Liqası: "Sabah" ilk oyunda "KuPS"a qalib gəlib - (Yenilənib)
-
“Dost Almaniya xalqına...” - Prezident İlham Əliyevin xatirə kitabına yazdıqları - (Foto)
-
"Barselona" 18 yaşlı futbolçu aldı
-
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir"
-
Qaradağın bəzi ərazilərində qaz olmayacaq
-
Sahil qəsəbəsində dənizdə batan şəxs xilas edilib
-
Musiqi və incəsənət müəllimlərinin sertifikatlaşdırma qaydası təsdiqləndi
-
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır
-
Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfəri ilə bağlı paylaşım edilib - (Video)
-
Ermənistan güləşçiləri Azərbaycana gəlir
-
“Limon turşusu” həbs olundu
-
Günel Bakıda villa tikdirir - (Foto)
-
Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirib
-
Zabratda tullantı yığılmış sahədə yanğın başlayıb
-
Messi ən yaxşı seçildi
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb - (Foto)
-
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
-
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb (TAM MƏTN)





