Siyasət
Azay Quliyev: "Qrant ala bilməyən təşkilatlar şantajla çıxış edir"
15 Aprel 2010 11:20
Baxış: 247
QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində mövcud olan qanunsuzluqlarla mübarizə üzrə İşçi Qrupu yaradılıb.
İşçi Qrupundan Milli.Az xəbər portalına daxil olan məlumata görə, hər iki qurumun fəaliyyətində aşkar edilmiş qanunsuzluq hallarının araşdırılması ilə bağlı müvafiq dövlət qurumlarına müraciətlərin göndərilməsi planlaşdırılır.
Təklif olunur ki, Dövlət Hesablama Palatası tərəfindən QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda maliyyə yoxlamalarına başlanılsın: "Bu yoxlama zamanı dövlət maliyyəsinin bölüşdürülməsi vəziyyəti və səmərəlilik meyarları diqqətlə araşdırılmalıdır. Hazırda vəsaitlərin ayrılmasında, seçimlərdə şəffaf mexanizm mövcud deyil, bu da vəsaitlərin bölüşdürülməsində korrupsiya elementlərinin mövcud olmasına şübhə yaradır". İşçi Qrupu iddia edir ki, QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda çalışanların özlərinə, onların qohumlarına, yaxınlarına aid QHT və KİV-lərin müsabiqələrdə iştirakı mexanizmləri və qaydaları dəyişdirilməlidir: "Keçirilən müsabiqələrdə qalib gələnlərin təxminən 40 faizi qurumlarda təmsil olanların özlərinə və yaxınlarına aid olan QHT və KİV-lərdir. Bu baxımdan hər iki dövlət qurumuna bu və digər QHT və KİV-lə bağlılığı olmayan müstəqil şəxslərin seçilməsi vacibdir. Eyni zamanda layihələrin qiymətləndirilməsində vaxtaşırı dəyişən ekspertlərin əməyindən istifadə edilməlidir".
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev isə səslənən ittihamları rədd edir. O, Milli.Az xəbər portalına açıqlamasında bildirib ki, istənilən tənqid sağlam olmalıdır və özündə qərəzi, kini birləşdirməməlidir. Azay Quliyev əmin edir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qəbul etdiyi qərarlar ədalətli və obektiv olur. Çünki qərarlar obyektiv şəkildə qəbul edilir.
Şura sədrinin sözlərinə görə, layihələr ekspertlərin müzakirəsinə anonim qaydada və kodlaşdırılmış şəkildə təqdim olunur. Bu baxımdan, Azay Quliyev hesab edir ki, Şuranı korrupsiyada ittiham etmək əsassızdır: "Kiminsə faktı varsa, onu təqdim etsin, araşdıraq. Mən bunu demək istəməzdim, amma məcburam. Adətən, bizdən qrant ala bilməyən təşkilatlar bu cür ittihamlarla, şantajla çıxış edirlər. Ötən iki il göstərdi ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə bu dildə danışmaq olmaz. Əgər biz belə təşkilatlardan birinin hədələri qarşısında geri çəkilsək, onlara qrant ayırsaq, bu, zəncirvari prosesə çevriləcək və qarşısını almaq mümkün olmayacaq".
Azay Quliyevin sözlərinə görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tənqidi mövqedə dayanan təşkilatlarla debatlara hazırdır: "Amma heç bir əsas olmadan kimisə korrupsiyada ittiham etmək düzgün mübarizə yolu deyil. Mən də deyirəm ki, monitorinq keçirmək istəyən təşkilatların özləri korrupsiya işə məşğul olurlar. Həmin təşkilatların fəaliyyətləri yoxlanılmalıdır. O zaman görərsiniz ki, nə qədər faktlar ortaya çıxacaq". Azay Quliyev deyir ki, əgər kimsə Şuranın hər hansı qərarından narazıdırsa, apellyasiya komissiyasına müraciət etsin və müraciəti araşdırılsın: "Yoxsa, kənarda dayanmaq və qanunsuzluqların olduğunu iddia etmək lazım deyil. Adamı verərlər məhkəməyə, deyərlər ki, gəl qanunsuzluqları göstər. Biz məsuliyyətimizi başa düşürük. Bilirik ki, bütövlükdə ictimai sektorun maraqlarını qorumalıyıq. Onu da bilirik ki, belə ittihamlarla rastlaşmağımız mümkündürr". Azay Quliyev ittihamlar irəli sürət təşkilatları Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının işinə yardımçı olmağa da çağırıb.
Ceyhun
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident Oman Sultanını milli bayram münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib
-
Almaniya Ermənistanla sülh istiqamətində addımlarına görə Prezident İlham Əliyevə təşəkkür edib
-
ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər
-
Almaniya XİN başçısı Prezident İlham Əliyevə təşəkkür edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavininin qəbulu ilə bağlı videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə təyin edilmiş imtahan ləğv edildi
-
Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə
-
Lətif Kərimovun 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Güclü külək əsəcək - Xəbərdarlıq
-
Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba həyəcanı
-
Yeni saziş Azərbaycanı Avropanın mühüm yaşıl enerji təchizatçısına çevirə bilər - Kamal Hacıyev
-
Aytən Mərəhhərmovanın ifasına tamaşaçı da ağladı, özü də... - (Video)
-
Çində Putinlə Tramp arasında qısa söhbət - (Video)
-
Ramil Qasımov və Emil Əfrasiyab birgə konsert verəcəklər- (Video)
-
Bu institutda direktor 6 min, müavinləri 5 min manat alacaq
-
Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
-
Azərbaycan güləşçiləri Ermənistana gedəcək
-
"Yalı çapkını"nın Fəridinin kameralar qarşısında ürək bulandıran hərəkəti - (Video)