Siyasət

Müsavat Partiyası icazəsiz aksiyaya cəhd göstərəcək

13 Aprel 2010 15:07
Baxış: 163
Bu barədə məlumatı Trend-ə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti partiyanın müraciətinə mənfi cavab versə də, sabah saat 12:00-a planlaşdırılan aksiya keçiriləcək.

Arif Hacılının sözlərinə görə, aksiyda sərbəst toplaşmaq azadlığının təmin edilməməsi, yürüşlər, mitinqlər, piketlər keçirmək üçün Bakının mərkəzi küçə və meydanlarında müvafiq yerlərin ayrılmamasına etiraz bildiriləcək: "Biz həm də rəsmi dövlət idarələrinin 200 metrlik radiusunda kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasını da tələb edəcəyik".

Xatırladaq ki, Müsavat Partiyası ötən həftəyə nəzərdə tutulan piketi Bakı Şəhər İcra Hakimiyyəti icazə vermədiyi səbəbindən təxirə salmışdı.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.