Deputat: "Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq"
"Ölkə başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələr, artan əməkhaqları, müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər:
"Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilən sosial siyasət əhalinin böyük bir hissəsini əhatə edərək Azərbaycan vətəndaşının firavan yaşayışını təmin edib. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sayəsində yaranan imkanlar ilk növbədə sosial məsələlərin həllinə yönəldilib".
Deputat vurğulayıb ki, son 8 ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə Prezident İlham Əliyev müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin güclənməsini, xüsusən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı əlil olmuş şəxslərin, şəhid ailələrin, məcburi köçkünlərin, yaşlıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayıb:
"Bu fərman və sərəncamlar əsasında həyata keçirilən sosial paketlər isə sadə vətəndaşın rifahına birbaşa təsir göstərib, hər bir ölkə vətəndaşı artımların şəxsi büdcəsinə təsirini aydın hiss edib.
Əhalinin gəlirlərinin artması, sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, minimum əməkhaqların, müavinətlərin artırılması, problemli kreditlər məsələsinin həlli, yeni iş yerlərinin açılması əhali tərəfindən olduqca müsbət qarşılanıb. Bu ilin əvvəlində təsdiqlənən sosial paket və digər sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edib. 2019-cu ildə 60 min yeni iş yeri açılıb, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə - birinci dəfə 40 faiz artıb.
İkinci dəfə artırılan 40 faiz isə sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı məsələ həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların da maaşlarında ciddi artımlar baş verib, onlar da artıq sentyabrın 1-dən maaşlarını artımla almağa başlayacaqlar".
P.Kərimzadə qeyd edib ki, bütün bunlar bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilən sosial siyasətin ardıcıl və davamlı olacağını göstərir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Ermənistan məhkəməsi TRIPP üzrə sazişi təsdiqlədi
-
Ülvi Quliyev "Şöhrət" ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Qobustan” GES-in açılışında iştirakına dair paylaşım edilib - (Video)
-
Ermənistan rəhbərliyi anlamalıdır ki, siyasi oyunlar artıq keçərli olmayacaq - Sahil Kərimli
-
Dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim edildi
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qafqaz Albaniyasının xristian irsinin izləri Qarabağda və Azərbaycanın digər bölgələrində görünür - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif





