Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva: "Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaq"

14 İyul 2019 11:49
Baxış: 1 218

Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və xalqın ürəyində əbədi yaşayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda qeyd edilir.

Paylaşımda bildirilir: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət etmişdir. Müasir Azərbaycan tarixinin bütün səhifələrində, istər iqtisadiyyat, istər xarici siyasət, istər elm və mədəniyyətdə onun silinməz izlərini görürük. Heydər Əliyev nailiyyətləri və qələbələri Azərbaycanın tarixində və Azərbaycan xalqının ürəyində əbədi yaşayacaq və gələcək nəsillər üçün mərdlik, müdriklik və vətənpərvərlik nümunəsi olacaqdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.