Siyasət

Sorğu: Aİ Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunur

12 İyul 2019 14:57
0 Şərh     Baxış: 654

Avropa İttifaqı (Aİ) Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin ölkədə keçirdiyi rəy sorğusunda qeyd edilir.

Respondentlərin 35 faizi Aİ-ni ən etibarlı təşkilat hesab edib. Sonrakı sırada BMT (25 faiz), NATO (20 faiz), Avrasiya İqtisadi İttifaqı (25 faiz) yer alıb.

Azərbaycn əhalisinin 46 faizi Aİ barədə müsbət fikrə malikdir, 31 faizi neytral yanaşır, 8 faizi mənfi fikrdədir, 15 faizi isə Aİ barədə heç vaxt eşitməyib.

Sorğuya əsasən, 74 faiz respondent Aİ ilə Azərbaycanın münasibətlərini yaxşı, 14 faiz pis, 12 faiz neytral hesab edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.