Siyasət

Azərbaycan daha bir beynəlxalq sənədə qoşuldu

27 İyun 2019 13:39
Baxış: 708

Azərbaycan "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirə edilib.

Belə ki, iclasda Azərbaycanın "Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi"nə qoşulmaq haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Deputatlar Azərbaycanın bu sənədə qoşulmasının ölkəmiz üçün vacib olduğunu qeyd ediblər.

Daha sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.