Deputat: "Öz partiyasında siyasi nüfuzu olmayan Əli Kərimlinin hakimiyyət iddiaları gülüncdür"
Əli Kərimlinin yanlış siyasi gedişləri aid olduğu siyasi partiyanın parçalanması və sosial bazası kiçik bir qrupdan olan dərnəyə çevrilməsinə səbəb olub. Öz partiyası daxilində siyasi nüfuz sahibi olmayan bir şəxsin hakimiyyət iddiaları da gülüncdür.
Milli.Az bildirir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından millət vəkili Sona Əliyeva deyib.
S.Əliyeva bildirib ki, Ə.Kərimlinin son vaxtlar aqressivləşməsinin əsas səbəblərindən biri də meydanda tək və çarəsiz qalmasıdır:
"Çünki Əli Kərimli hakimiyyətlə radikal üsullar, söyüş mexanizmləri ilə mübarizə aparmağın müşkül olduğunu dərk etməyə başlayıb. Amma bu dərketmə çoxdan olmalı idi. Tərəfdarları onun 19 illik məğlubiyyətini həzm edə bilmədilər. Partiyadan uzaqlaşdılar".
Millət vəkilinin sözlərinə görə, bu proses hazırda da davam edir:
"Çünki düşünə bilən insanlar Əli Kərimlinin tutduğu yolun kökündən yanlış olduğu və siyasi etikaya xas olmadığını anlamağa başlayıblar. Onlar hakimiyyətin humanizm və şəffaf idarəetmə metodlarını analiz edincə gördülər ki, Azərbaycan dövləti struktur islahatlarından sonra sürətli, daha çevik idarətmə prosesinə qədəm qoyub. Əli Kərimli isə 19 ildir siyasi dərnəyə çevirdiyi partiya daxilində belə demokratik seçkilər keçirə bilmir. Hətta iş o yerə gəlib çatıb ki, vaxtilə ona xaricdən dəstək verən bəzi qüvvələr də Əli Kərimlini tərk edirlər. əvvəlki düzgün olmayan mövqelərinə görə hakimiyyətdən üzr istəyirlər. Bu isə meydanda tək qalmış Əli Kərimlini daha da qəzəbləndirib. O, tutduğu yolun yanlış olduğunu anlamalı idi. İnanıram ki, bir gün Əli Kərimli də səhvini anlayıb hakimiyyətdən üzr istəyəcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
XƏBƏR LENTİ
-
Gündə 10 min addım qaydası süqut etdi
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)





