Baş əy, Köçəryan...
Başını əy! Əy başını, Köçəryan! Üzr istə məndən və bu xalqdan!", "Köçəryana azadlıq!", "Rədd olsun Paşinyan!
Ermənistan paytaxtı İrəvandakı Nor Nork rayonunda, məhkəmə binasının qarşısında dünən qarşıdurma vardı.
Ölkənin ikinci və sabiq prezidenti Robert Köçəryanın işi üzrə proses dünən məhz bu məhkəmədə başlayıb.
Köçəryanın tərəfdarları məhkəmə binasının qarşısına toplaşaraq "möhtəşəm lider"lərinə azadlıq tələb edirdilər.

Onların aksiyasına irəvanlı bloqer və ictimai fəal Vardges Qaspari mane olub. Əlində "Robik qatildir!" yazılmış plakat tutmuş V.Qaspari şüarlar çığırmağa başlayanda Köçəryanın tərəfdarları ona hücum çəkiblər. İki nəfər plakatı dartaraq Qasparinin əlindən alıb, biri isə əlindəki butulkanı Vardgesin başına çırpıb.
Məhkəmə binasınaın dəhlizinə keçən süpürləşməni polis sakitləşdirib.

Vardges Qaspari polisi fəaliyyətsizdikdə və laqeydlikdə suçlayıb. Köçəryanın tərəfdarları isə bildiriblər ki, V.Qaspari məhkəmə binasında belə aksiya keçirməklə R.Köçəryanın günahsızlıq prezumpsiyasını pozmağa çalışıb.
Robert Köçəryan və Ermənistanda yüksək vəzifələr tutmuş bir qrup şəxs 2008-ci ilin martın 1-2-də yaşanmış olaylara görə suçlanırlar.
Konkret olaraq R.Köçəryan həmin günlərdə Ermənistanda konstitusion dövlət quruluşunu devirmək cəhdində, habelə 2008-ci ilin fevral və may aylarında xüsusilə böyük məbləğdə rüşvət almaqda ittiham olunur.

Həmin şəxslər baş nazirin sabiq müavini Armen Gevorkyan, sabiq müdafiə naziri Seyran Ohanyan və Baş Qərargahın sabiq rəisi, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovdur.
Onların məhkəmə prosesinə Ermənistanda xüsusi diqqətin olduğunu vurğulamaq əbəsdir. Ermənilər Robert Köçəryana və onun əlaltılarına nifrət edir, baş nazir Nikol Paşinyandan bu şəxslərə ən ağır cəzaların verilməsini tələb edirlər.
Paşinyan da sosial sifarişi siyasi maraqların təminatı vasitəsinə çevirərək Ermənistanda onun ən ciddi və təhlükəli rəqibi olan "qarabağlılar" qruplaşmasını maksimum dərəcədə zəiflətməyə çalışır.
Təsadüfi deyil ki, Nor Norkdakı məhkəmə binasının önündəki aksiyada "Baş əy, Köçəryan!" şüarı səslənib.
Bu şüarın müəllifi Nikol Paşinyandır və ifadə ilk dəfə N.Paşinyanın hakimiyyətə gəlişini şərtlərdirən küçə yürüşlərindən birində söylənmişdi.

Əslən Dağlıq Qarabağdan olan Robert Köçəryan və Seyran Ohanyan həbsdə olsalar da, Ermənistandakı siyasi proseslərə təsir imkanları hələ də ciddidir. Onların maddi imkanları genişdir, Rusiyadakı müəyyən dairələrlə əlaqələri aktivdir.
Nikol Paşinyan da istintaq təcridxanasında olmalarına rəğmən, proseslərə təsir edə bilən bu şəxsləri siyasi arenadan, ümumiyyətlə, kənarlaşdırmağa çalışır.

Köçəryanla Paşinyanın qarşıdurmasının aktiv fazası yeni başlanıb.
Ermənilərsə "ən maraqlı hissə qabaqdadır" deyirlər.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
-
"Qurtuluş"un rəhbəri və iki əməkdaşı barədə qərar verildi
-
Xankəndi, Xocalı, Ağdərə və Cəbrayıla növbəti köç olub, açarlar təqdim olunub - (Yenilənib)
-
Tanınmış klinikada qanun pozuntuları aşkarlandı - 26 min manat cərimə
-
Prezident İlham Əliyev: Süni intellektin bədniyyətli istifadəsi terrorçuluqla mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır
-
Prezident İlham Əliyev: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir
-
DYP kənd texnikası sürücülərinə müraciət etdi
-
Türkiyədə 9-cu sinif şagirdi hadisəni “qız məsələsi”nə görə törədibmiş - Təfərrüat
-
Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
-
Sumqayıtda avtomobil 53 yaşlı piyadanı vuraraq öldürdü
-
Sentyabrın 23-də Azərbaycanda hava necə olacaq? - Proqnoz
-
Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi
-
Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib - (Video/Foto)
-
Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı
-
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi
-
Dəmir yolları tezliklə yenidən Xankəndiyə aparacaq - (Video)
-
F1 pilotu: "Bakıda tez-tez maraqlı yarışlar keçirilir"
-
Türkiyədə liseyə silahlı hücumda yaralananların sayı artıb - (Yenilənib)
-
Sabun hazırlaması ilə tanınan Zeynəb Tağıyeva vəfat etdi
-
Tıxacda avtomobillərin üstündən keçə bilən cip - (Video)
-
Bakıda tozlu hava neçə gün davam edəcək?
-
"TRUMP TV" fəaliyyətə başladı
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)





