Siyasət

AŞ PA prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

10 Aprel 2010 10:56
Baxış: 174
Avropa Şurasının rəsmi saytında yerləşdirilmiş məlumata görə, aprelin 13-16-da baş tutacaq səfər çərçivəsində AŞ PA prezidenti Azərbaycan Prezidenti İlham Əliyev, parlamentin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirəcək.

Bununla yanaşı, M.Çavuşoğlu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək, həmçinin Azərbaycan Dillər Universitetində çıxış edəcək. Proqrama əsasən, aprelin 15-də AŞ PA rəhbərinin Gəncə şəhərinə səfər edəcəyi və burada yerli hakimiyyət orqanlarının rəsmiləri ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, M.Çavuşoğlu aprelin 14-də Bakıda mətbuat konfransı keçirəcək.

/APA/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.