Metyu Brayza: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar formatının dəyişdirilməsi ədalətsiz olardı"
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi ədalətsiz olardı.
Milli.Az xəbər verir ki, bunu Trend-ə ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
O qeyd edib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin son bəyanatında Ermənistanın Baş naziri Nikol Paşinyanın vasitəçilik prosesi formatının dəyişdirilməsi barədə müraciəti qəbul edilməyib:
"Həmsədrlərin bəyanatı tərəfləri vicdanlı danışıqları ən yüksək siyasi səviyyədə daha çox davam etdirməyə, münaqişənin nizamlanması üçün mümkün çərçivə sazişinin "Əsas prinsiplərini" qəbul etməyə çağırır. Minsk qrupu formatının dəyişdirilməsi ədalətsiz olardı".
Daha sonra M.Brayza əlavə edib ki, son bəyanat ATƏT-in və Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan rəhbərliklərinə çərçivə sazişinin müəyyən olunmasında kömək göstərdiyini nümayiş etdirir:
"Minsk qrupunun bu bəyanatında həmsədrlər Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın görüşünü alqışlayır. Ona görə də həmsədrlərin son bəyanatında qeyri-adi və ya yeni bir şey yoxdur".
Minsk qrupunun keçmiş həmsədri əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərlikləri həmsədrlərin "Əsas prinsiplərə" sadiq olmaq çağırışına əməl etsə, qarşılıqlı etimad münasibətlərini inkişaf etdirsə, xüsusilə də öz vətəndaşlarını sülhə hazırlamaqda davam etsələr, danışıqlarda irəliləyiş daha çox nəzərə çarpacaq:
"Amma hələlik iki ölkə rəhbərliyinin qarşılıqlı etimad səviyyəsini bərpa edib-etməyəcəyi və bu irəliləyiş üçün vacib çətin siyasi kompromislərə gedib-gedə bilməyəcəkləri məlum deyil. Bunun üçün ABŞ, Fransa və Rusiya prezidentləri tərəfindən təşviq bu prosesə yardım edə bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
"Miss Avstriya"nın qalibi 22 yaşında vəfat etdi - (Foto)
-
Şəkidə faciəvi şəkildə ölən Ucal bu şirkətin agentliyin imiş
-
Sabah bir neçə rayonda işıq olmayacaq
-
"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib
-
Günün qoroskopu: Sağlamlığınıza xüsusi diqqət yetirin
-
2027-ci illə bağlı Vanqanın proqnozu
-
Qatarın vurduğu 24 yaşlı Rahillə bağlı təsirli fakt
-
Bakıda restorana məxsus transformator yanıb - Yenilənib - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqun və Ucalın (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov





