Rusiya XİN-dən təzyiq - Ya anlamırlar, ya da Azərbaycanın imicinə zərbə vurmaq istəyirlər
"Rusiya XİN birinci dəfə deyil ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı öz fikrini bildirir. Əvvəllər də bu məsələlər barəsində bəyanat verilib. Bu bəyanatları Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmık mümkündür. Rusiya vətəndaşı olan digər etnik qrupların nümayəndələri heç bir problemlə qarşılaşmadan Azərbaycana gəlir, gəzir və öz işləri ilə məşğul ola bilirlər. Azərbaycan dövləti erməni əsilli Rusiya vətəndaşlarının hökumətin aidiyyatı orqanları ilə razılaşdırılmamış şəkildə ölkəmizə gəlməsinə qarşıdır. Bunu dəfələrlə bəyan edib. Rusiya vətəndaşı olsa belə, bir erməni niyə Azərbaycana gəlmək istəsin?! Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, hələ də Ermənistan ilə müharibə vəziyyətində olduğunu bilmirmi bu insanlar?! Yəni bu gəlişlərdə xoş niyyətdən daha çox təxribat ehtimalı var və bu diqqətdən qaçırılmamalıdır".
Bu barədə Milli.Az-a siyasi elmlər doktoru, politoloq Hatəm Cabbarlı bildirib.

Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlişində təxribat ehtimalı var.
Azərbaycan bu baxımdan erməni əsilli xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsini məhdudlaşdırır və yaxud aidiyyatı qurumlarla razılaşdırılmasını tələb edir. Bunun çoxlu nümunələri də var. Azərbaycana gəlmək istəyən erməni əsilli xarici ölkə vətəndaşları, Azərbaycanın o ölkədəki səfirliyi və yaxud Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə görüşür və ölkəmizə gəlməsinə icazə verilir.
Rusiya XİN məsələnin ya mahiyyətini anlamır, ya da məsələni böyüdərək Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyir. Rusiyanın rəsmi dövlət qurumunun məsələyə bu cür birtərəfli, məsuliyyətsiz bəyanat verməsi əlbəttə qəbuledilməzdir. Rusiya bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir, amma Azərbaycan hökuməti Rusiya XİN-nin bu qərəzli bəyanatına gərəkli cavabı elə verməlidir ki, bu cavab Rusiyanı qane etsin və bir daha bu məsələni gündəmə gətirməsin".
Rusiya XİN öz vətəndaşlarına qarşı etnik ayrı-seçkilik edir.
XİN: "Rusiya rəsmisinin öz vətəndaşı olan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik"
Rusiya bu qədər səmimidirsə, niyə separat repimdə əsirlikdə saxlanılan Dilqəm Əsgərovun hüquqlarını qorumur? Niyə qondarma rejimdən öz vətəndaşını tələb etmir? Dilqəmin həqiqətən cinayət işlədiyindən əmindirsə, onu alsın, öz ölkəsində cəzasını çəkməyi təmin etsin. Rusiya rəsmiləri Dilqəm Əhmədovun erməni əsirliyində necə psixoloji və fiziki işgəncələrə məruz qaldığını bilmirmi?
Bir sözlə bu, Rusiya XİN-nin kiçik və nəticəsiz diplomatik gedişidir".

Məsələnin məğzi erməni əsilli Serqey Lavrovun təfəkküründə axtarılmalıdır.
Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ
Azərbaycan tələb etməli, Rusiya təkzib verməlidir.
Rusiya XİN-nin anti-Azərbaycan bəyanatının arxasında nə dayanır? - MÜSAHİBƏ
Politoloq həmçinin hesab edir ki, Azərbaycan XİN-i rəsmi olaraq bu bəyanata Rusiya XİN-dən aydınlıq gətirməsini tələb etməli, bunun Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirildiyini qarşı tərəfin diqqətinə qəti şəkildə çatdırmalıdır.
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Füzuliyə həyat yenidən qayıdır - Kamaləddin Qafarov
-
Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Ermənistanın Gəncəyə beşinci raket hücumunun ildönümü ilə bağlı videoçarx yayımlanıb - (Video)
-
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırıb
-
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
XƏBƏR LENTİ
-
Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
-
Bekhem FİFA prezidenti ola bilər
-
Rusiya Ukraynanın enerji obyektlərini bombalayıb
-
Sabah yollarda görünüş məsafəsi azalacaq
-
Zaqatalada rus sürücü TIR-la qadının üstündən keçdi
-
"Gəncə" basketbol klubu baş məşqçisi ilə yolları ayırıb
-
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib
-
Biləsuvarda ağır qəza - Ölənlər və yaralananlar var - (Yenilənib)
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Yəmənin strateji şəhəri husilərin mühasirəsinə düşdü
-
Ərindən sonra qızı da vəfat etdi
-
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb - (Foto)
-
Ürək köçürülməsi insanın xarakterini dəyişə bilər? - Araşdırma
-
Sabiq futbolçu müharibədə həlak oldu
-
Dərinizdə bu əlamətlər varsa, diqqətli olun
-
Bayhan dinini dəyişib?
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Bazar günü hava necə olacaq?
-
Metrodan istifadə edənlər azalıb
-
“Azərbaycan Dəmir Yolları”ndan Xırdalan-Sumqayıt xətti ilə bağlı açıqlama
-
Futbolçu itinə görə məhkəmə qarşısına çıxacaq
-
Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
-
Pakistanda zəlzələ oldu
-
Bakıda “20 Yanvar” dairəsi ilə bağlı yenilik: Hərəkət dəyişəcək





