Rusiya XİN-nin anti-Azərbaycan bəyanatının arxasında nə dayanır? - MÜSAHİBƏ
Milli Məclisin, eləcə də YAP Siyasi Şurasının üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlunun Milli.Az-a müsahibəsi:
- Sizcə Rusiya XİN-nin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı bəyanatının arxasında əslində nə dayanır?
Lakin bu terrorun özü qədər onun niyə məhz indi, 2019-cu ildə təşkil olunması böyük maraq doğurur. Bu məsələnin arxasında Rusiya Federasiyası və onun müxtəlif federal icra hakimiyyəti orqanlarında şəbəkələşmiş və koordinasiyalı şəkildə fəaliyyət göstərən erməni lobbisi dayanır. Məqsəd Rusiya-Azərbaycan münasibətlərini mümkün qədər gərginləşdirmək və Rusiyanın regionda əsl müttəfiqinin Ermənistan olduğunu önə çəkməkdir. Çünki Azərbaycanın həyata keçirdiyi dərin strateji diplomatiya siyasəti regonumuzda ənənəvi strateji balansı ölkəmizin lehinə dəyişib və bu, Dağlıq Qarabağ probleminin həllində yeni şərtlər formalaşdırıb. Bu isə işğalçı Ermənistanı olduqca narahat edir. Çünki Azərbaycanın yaratdığı yeni geostrateji reallıq nəinki Dağlıq Qarabağ və yeddi rayonumuzun qaytarılması ilə, həmçinin Ermənistanın ənənəvi müttəfiqi saydığı Rusiyanı da itirməsi ilə nəticələnə bilər.
- Bunu erməni lobbisinin Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsindən ciddi narahatlığının ifadəsi və növbəti təxribatı hesab etmək olarmı?
XİN: "Rusiya rəsmisinin öz vətəndaşı olan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik"
- Bütün bunların sorosçuların Ermənistanda hakimiyyətə gəlməsindən sonra Rusiya-Ermənistan münasibətlərinin pozulması fonunda baş verməsi təsadüfdürmü?
- Sorosçuların Ermənistanda hakimiyyətə gəlməsi Rusiya-Ermənistan münasibətlərinə bir soyuqluq gətirdi. Amma unutmaq olmaz ki, Sarqsyan rejimi yalnız ordunun və din xadimlərinin mitinqlərə qoşulmasından sonra istefaya getməyə razı oldu. Ordu və din xadimlərinin Sorosla əlaqəsinin olması ehtimal edilən deyil və biz onların daha çox Şimaldan idarə edildiyini bilirik. Deməli, hərbi xunta rejiminin devrilməsində Rusiyadakı bəzi mərkəzlərin də razılığı olub. Ancaq bu gizli razılaşmada balansın kimin lehinə formaşalması hələ dəqiq deyil. Bu isə gərginlik yaradır və bu gərginlik də Rusiya-Ermənistan münasibətlərinə mənfi təsir göstərir.
Təsadüf məsələsinə gəldikdə isə, siyasətdə təsadüflər nadir hallarda olur, ya da heç olmur. Çünki siyasət əvvəlcədən düşünülmüş fəaliyyət nəticəsində meydana çıxan hadisədir. Hələlik dəqiq olan bir məsələ var ki, o da Azərbaycanın işğalçı ölkəni daima təcrid vəziyyətində saxlaması və bunun nəticəsində yaranan sosial-iqtisadi problemlərin Ermənistanda rejim dəyişikliyini zəruri etməsidir.
- Rusiya XİN-nin bu mövqeyi Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin, habelə iki dövlət başçısının bu əlaqələri daha da inkişaf etdirmək istiqamətində iradəsinə və atdığı addımların ruhuna nə dərəcə uyğundur?
Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ
Səbəbi isə budur ki, Prezident Vladimir Putinin Rusiya-Azərbaycan münasibətlərini bir qrup ermənipərəstin girovuna buraxacağına inanmırıq. Çünki hazırki mürəkkəb beynəlxalq şəraitdə Rusiyanın təhlükəsiziliyi həm də bir qədər Azərbaycanla, Azərbaycanın da təhlükəsizliyi bir qədər Rusiya ilə bağlıdır. Qarşlıqlı münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində olmasını diqtə edən zərurət də budur. Azərbaycan bu müttəfiqliyə sadiqdir və üzərinə düşəni edir. Ümid edirik ki, Rusiya da bunu edəcək. Çünki hər iki dövlətin prezidentləri öz ölkələrinin böyük patriotlarıdır və milli maraqları hər şeydən üstün tuturlar. Milli maraqlarımız isə bu gün Rusiya-Azərbaycan münasibətlərinin daha yaxşı olmasını tələb edir.
- İndiki halda Azərbaycan tərəfinin mövqeyi necə olmalıdır və hansı addımları atmalıdır?
- Azərbaycan diplomatiyasının Rusiya Federasiyası ilə əlaqələrdə kifayət qədər zəngin təcrübəsi var. Hər bir xalqın diplomatiyası onun milli gücünün beyni hesab edilir və bu vaxta qədər Azərbaycan diplomatiya sahəsində ən kritik zamanlarda ən döğru qərarları qəbul etməyi bacarıb. Hətta yeni diplomatik formatlar yaratmaqla Rusiya-Azərbaycan münasibətlərinə də yeni impulslar gətirməyə nail olub. Bu diplomatik uğurlar Azərbaycan Prezidentinin adı ilə bağlıdır. Əslində regionda yaranan yeni geostrateji reallığın müəllifi də elə Azərbaycandır. Bu həmin reallıqdır ki, erməniləri son yüz ildə heç vaxt olmadığı qədər çətin vəziyyətə və təşvişə salıb. Ona görə də Azərbaycan bundan sonra da nə edəcəyini yaxşı bilir...
İlkin İzzət
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
XƏBƏR LENTİ
-
Hər ilin bir günü metroya paltarsız minirlər - VİDEO
-
Əri ilə tərəf müqabili olacaq
-
Bəqai: ABŞ və İran razılaşmaya yaxınlaşmayıb
-
Sılanın son halını görənlər inana bilmir: "Bu qadına nə olub?" - FOTO
-
İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb
-
“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub
-
Qubada asfalt çökdü - 3 kəndin yolu bağlandı - VİDEO
-
Günün qoroskopu: Maraqlı bir tanışlıq ehtimalı var
-
iPhone 18 Pro ilkin sifarişə çıxarıldı: “Od” qiymətinədir - FOTO
-
Vinisius Madridi vaxtından əvvəl tərk edir
-
Beren Saatın oxşarı: “Kıvanç Tatlıtuğ ilə...”
-
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
-
Premyer Liqa: Mövsümün ən yaxşı 10 transferi
-
Hüseynin yeni “Lamborghini”si - FOTO
-
Alatau şəhəri ticarət və logistika mərkəzidir - britaniyalı memar
-
Elvin Cəfərquliyev qalır, yoxsa gedir? - Qurban Qurbanov açıqladı
-
Alatau şəhərinin əhalisinin 2050-ci ilədək 1,87 milyon nəfərə çatacağı planlaşdırılır
-
"Mən yaşamıram, zülm çəkirəm, qızımın toyundan sonra..." - Xalq artisti
-
Azərbaycan incəsənətinə ağır itki - FOTO
-
ABŞ Milli Kəşfiyyatının rəhbəri ərinə görə istefa verir
-
Qaymaqlı quru əncir şirniyyatı resepti
-
Ülviyyə tarix yazdı
-
"Bizə olan hörmətsizlik qəbuledilməzdir" - Dambrauskas
-
Hüseyn Məmmədova yeni VƏZİFƏ verildi





