Siyasət
Əvəz Temirxan: "Sübut etsinlər ki, Lalə Şövkət "KQB" agentidir"
6 Aprel 2010 18:08
Baxış: 243
Bir qrup jurnalist, siyasi partiya yetkilisi, vətəndaş cəmiyyəti nümayəndələri aprelin 6-da "Mətbuatı "Məhkəmələrdən Qoruyaq" adlı hərəkata başladıqlarını elan ediblər.
Təşkilatçıların Milli.Az-a verdiyi xəbərə görə, hərəkatın yaradılmasına səbəb Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin "Ölkə" qəzetini məhkəməyə verməsi olub.
Qeyd edək ki, "Ölkə" qəzetinin bu il fevralın 11-də işıq üzü görmüş sayında "Madam" ləqəbli "KQB" agenti kimdir?" başlıqlı yazıya görə Lalə Şövkət qəzeti məhkəməyə verib və təzminat kimi 500 min manat tələb edir. Həmin yazıda müəllif Müsavat Partiyası başqanı İsa Qəmbərin Azərbaycanın bəzi müxalifətçilərinin xarici ölkələrə işləməsi barədə dediklərinə istinad edərək ALP lideri barədə bəzi ittihamlara yol verib.
Onu da bildiriblər ki, "Mətbuatı Məhkəmələrdən Qoruyaq" Hərəkatı "Ölkə" qəzetini müdafiə etməklə kifayətlənməyəcək, məhkəmələrə çəkilən digər media qurumlarının və jurnalistlərin müdafiəsi üçün də tədbirlər görəcək.
"Mətbuatı Məhkəmələrdən Qoruyaq" Hərəkatına qoşulanlar hesab edirlər ki, ölkə prezidentliyinə iddialı şəxs dözümlü olmalı, bu cür məsələlərə görə qəzetləri məhkəməyə verməməlidir. Onlar Lalə Şövkəti iddiasından geri çəkilməyə çağırır.
Adıçəkilən hərəkatın yaranmasına münasibət bildirən ALP-nin sədr əvəzi Əvəz Temirxan onları bəzi siyasi alverçilərin məsuliyyətsiz çıxışlarına alət olmaqda ittiham edib.
"Yaxşı olar ki, həmin jurnalistlər "Siyasətçiləri böhtandan qoruyaq", "Böhtançılara aramızda yer yoxdur" hərəkatı yaratsınlar. Gərək özünü demokratik təfəkkürlü sayan jurnalistlər prezidentliyə namizəd olmuş, Azərbaycanda demokratiyanın inkişafı üçün əlindən gələni etmiş Lalə xanıma atılan böhtanlara reaksiya verəydilər. Bəzi siyasi alverçilərin məsuliyyətsiz çıxışlarının alətinə çevrilib insanların şərəf və ləyaqətinə toxunmaqdansa, bu prosesə dur deməliydilər. Ya da sübut etsinlər ki, doğrudan da Lalə xanım "KQB" agentidir"- deyə o, bildirib.
Aydın A.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
Azərbaycan İƏT çərçivəsində nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığı müzakirə edib - (Foto)
-
Azərbaycan və Birləşmiş Krallıq strateji tərəfdaşlıq üzrə əməkdaşlığın praktiki nəticələrini müzakirə edib
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib - (Foto)
-
Professor Kəmran İmanovdan erməni saxtakarlıqları ilə bağlı sərt açıqlama
XƏBƏR LENTİ
-
Görən xarab yumurta bilib zibilə atır, biri 15-17 manata satılır
-
“İynə ilə arıqlayanlar "çuxotka"ya oxşayırlar"
-
Pasportları alüminium folyoya bükürlər
-
Saçlarını mineral su ilə yumağa başladılar
-
Satış ömrü çox qısadır - suyunu içən şəfa tapır
-
“Ajda mənim ona rəqib olacağımı düşündü…” - Semiramis Pekkan
-
Dibi tutmuş tavanı belə təmizləyin - Saatlarla sürtməyə ehtiyac yoxdur
-
Demetdən "Eşref tek"in davamında yer almamasına reaksiya
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - (Foto)
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
-
Azərbaycan millisi 3-cü qolla qalib gəlib - Yenilənib - (Video)
-
“Röya telefonu üzümə bağladı” - Samir Bağırov
-
Ucuz məhsul baha başa gəldi - "Dedi ki, pulu atın göndərirəm" - (Video)
-
Hikmət Hacıyev və Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan-Aİ tərəfdaşlığını müzakirə ediblər
-
İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı vurduğunu açıqlayıb
-
Bakıda yarım əsrdən çox yaşı olan park məhv olur
-
“Məni vursalar, sizin də axırınız çatacaq” - Tramp
-
Bülbülə gölü daşdı, evləri su basdı - (Video)
-
“Çətin gün idi, həkimlərimə təşəkkür edirəm” - Leyla Quliyeva
-
Emin Mahmudov Azərbaycan millisi ilə vidalaşdı - (Video)
-
Kürdəmirdə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib - (Foto)
-
Şahin Əliyev vəfat etdi - (Foto)
-
Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb