Siyasət
Ağ Evdən uzanan "yeni yolun xəritəsi”
6 Aprel 2010 09:40
Baxış: 265
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarından sonra Vaşinqtona səfər etməyə hazırlaşır. Baş nazirin bununla bağlı verdiyi açıqlamasında vurğulanır ki, onun aprelin 12-13-də 40 ölkənin başçılarının iştirakı ilə keçiriləcək Nüvə Sammitinə qatılması vacibdir və həmin səfər çərçivəsində ABŞ prezidenti Barak Obama ilə görüşüb, onunla bir sıra məsələlər barədə müzakirələr aparacaq.
Qeyd edək ki, artıq bu səfər çərçivəsində nələrin danışılacağı barədə ilkin məlumatlar mövcuddur. İlk sırada qondarma məsələ dayansa da, Qarabağ münaqişəsinə dair fikir mübadiləsi də yaddan çıxarılmayıb. Artıq rəsmi qaydada açıqlanıb ki, Ərdoğan-Obama görüşünün əsas mövzularından biri Azərbaycanın ərazi bütövlüyü məsələsi olacaq.
Ancaq bu səfər ərəfəsində sürpriz məlumatlar da gündəmi məşğul etməkdədir. Belə ki, ortada Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasını ehtiva edən yeni yol xəritəsinin varlığına dair məlumat yayılıb. Rusiyanın "Regnum" Xəbər Agentliyinin xəbərinə görə, Hillari Klinton və Barak Obama Qafqaz bölgəsində ilk uğursuz diplomatik addımın ardından, bir sıra şəkil dəyişikliyi ilə prosesi yenidən formalaşdırmaq istəyir. Belə bir planın hazırlandığını ABŞ-dakı "The Heritage Foundation"in mütəxəssisi Ariel Kohen də təsdiqləyib.
Kohenin sözlərinə görə, Azərbaycan ilə Ermənistan arasında Qarabağ böhranı olmasaydı, Ankara ilə İrəvanın İsveçrədə keçən il imzaladığı protokollar çoxdan parlamentlərdə ratifikasiya olunmuşdu. "Türkiyənin iki od arasında qaldığını görən ABŞ hakimiyyəti də yeni bir plan hazırlamağa başlayıb. Buna görə, Ərdoğan ilə Ermənistan prezidenti Serj Sərkisyana imzalanması planlaşdırılan yeni yol xəritəsinin mətni, böyük ehtimalla ilk öncə 6-7 apreldə Bosniyada keçiridəcək region iqtisadi inkişaf toplantısında XİN başçısı Əhməd Davudoğlu ilə ABŞ dövlət katibinin müavini Ceyms Steynberq tərəfindən müzakirə olunacaq. Erməni tərəfi ilə də danışıqlar aparıldıqdan sonra, yeni yol xəritəsi Ərdoğanla Sərksiyanın önünə imzalanmaq üçün qoyulacaq. Türkiyə ilə Ermənistanı barışdırmağa xidmət edəcək xəritəsinin ən önəmli tərəfi isə Azərbaycanla bağlıdır. Bu da mümkün olduqca Azərbaycan faktorundan uzaq durulmasından ibarətdir".
Həmin məlumatda vurğulanır ki, Türkiyə ilə Ermənistanın ABŞ tərəfindən hazırlanan yeni yol xəritəsinin altına imazalar atması halında prezident Barak Obama 24 apreldə edəcəyi çıxışında "soyqırımı" qəbul edən ifadələr yerinə, anlaşmaya ağırlıq verəcək.
Bu məlumatların fonunda ümumi mənzərəni təqribən təsvir etmək elə də çətin məsələ deyil. Əvvəla, Ərdoğan heç bir halda qeyri-şərtsiz Vaşinqtona səfər etməz və geri çağırdığı səfir Namiq Tanı geri göndərməzdi. Çox güman ki, Türkiyənin baş naziri hansısa səviyyədə müzakirələr apararaq, ABŞ-dan bəzi şifahi təminatlar alıb. Elə onun Ağ Evdə keçirəcəyi görüşlərin proqramı və məzmununa da baxdıqda belə aydın olur ki, gündəmdə müəyyən razılaşdırılmış məsələlər mövcuddur.
Digər tərəfdən, "yol xəritəsi" məsələsi də maraqlıdır. Belə bir addımın Amerika tərəfindən atıla biləcəyi mümkün görünür. Həqiqətən də Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması və sərhədlərin açılmasında bilavasitə maraqlı olan Vaşinqton bunun üçün kifayət qədər dəstəkləyici addımlar atmışdı. Ancaq ortadakı Azərbaycan faktoru bu planı tamamilə alt-üst etdi və bölgədə əvvəlki status-kvonu bərpa etmək üçün yeni bir plana ehtiyacın olduğu inandırıcı görünməkdədir.
ABŞ təklif edəcəyi "yol xəritəsi"ndə nələri nəzərdə tuta bilər? Bunu birmənalı demək mümkün olmasa da, ümumi mənzərə budur ki, Ağ Ev yeni planında Ankara ilə İrəvanın birbaşa danışıqlar masası arxasında oturtmağa cəhd edərək, vasitəçilik missiyasını da öz üzərinə götürə bilər. Eyni zamanda, Vaşinqton Ermənistanın da bəzi məsələlərdə geri addım atmasını və daha əvvəlki kimi təhdidedici bəyanatlardan imtina etməsini tələb etməli olacaq. Hərçənd bu geri çəkilmədə Qarabağ məsələsi gündəmdə olmayacaq. Bundan bir dəfə "ağzı yanan" Ağ Ev ikinci dəfə analoji situasiya ilə üzləşmək istəməyəcək. Ona görə də, Kohenin dediklərinə inanarsaq, yeni anlaşmada Azərbaycan faktorundan uzaq durmaq fikri də bundan qaynaqlanmaqdadır.
Amma bütün bunlara rəğmən Türkiyənin ABŞ-dan təminat tələb etməsi şübhəsizdir. Bu barədə artıq Türkiyə XİN-i səviyyəsində bir sıra bəyanatlar səsləndirilib. Həmin tələblərdən biri kimi, qondarma "erməni soyqırımı" ilə bağlı qərarın qəbul edilməsi prosesinin dayandırılmasını göstərmək olar. Ankara son dövrlər ard-arda bir-neçə ölkənin parlamentində bu məsələnin müzakirə edilib, qəbulundan sonra ciddi şəkildə təpkilər verməyə başladı. Bunun da qarşısını almaq üçün ABŞ-dan etibarlı müttəfiq tapa bilməyəcəyinin fərqindədir. Ancaq buna rəğmən tələbləri də var və təminat üçün daha əvvəlki kimi söz verilməsini deyil, yazılı bir anlaşmanın imzalanmasını istəyir.
Bunun Ermənistan tərəfini təmin edib, etməyəcəyi hələlik bəlli deyil. Ermənistan prezidenti Serj Sərkisyanın verdiyi son açıqlamadan belə anlaşılır ki, İrəvan Ankaraya qarşı mövqeyini dəyişmək fikrində deyil. Əksinə, diasporaya güvənərək, daha da radikallaşmaq üçün bəhanələr axtarır. Amma ortada ABŞ faktoru varkən bu radikallıq tamamilə də olmasa, aradan qalxa bilər.
İkinci tələb kimi, Qarabağ münaqişəsinin gündəmə gətiriləcəyi də inandırıcıdır. Protokol məsələsində Azərbaycanın sərt təzyiqləri qarşısında ağır vəziyyətə düşən Türkiyə bunun ikinci dəfə təkrarlanmasını istəmir. Elə Ərdoğanın ötən gün "ABŞ-da Obama ilə Qarabağ məsələsi müzakirə olunacaq" deməsi, bu zərurətdən irəli gəlir. Əks bir təklif və tələbin Ankara tərəfindən dəstəklənəcəyi isə inandırıcı görünmür.
Yekun nəticə budur ki, Ərdoğan ABŞ-a nə əliboş gedir, nə də oradan əliboş qayıtmaq fikrindədir. Çox güman ki, Türkiyənin baş naziri hansısa məqamları güzəştə getsə də, yuxarıda sadaladığımız iki əsas məsələdə dirəniş göstərərək, bəzi yazılı təminatlar almağa israr edəcək. Əks təqdirdə, yeni "yol xəritəsi" məsələsini də protokolların aqibəti gözləməli olacaq.
Fikrət Fərəməzoğlu
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi
-
Əməkdar müəllim Məhəbbət Əliyeva vəfat etdi
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - təfərrüat - (Video)
-
“Dolabdan o, mənə baxır, mən də ona” - Zülfiyyə Xanbabayeva