Hikmət Hacıyev: "Ermənistan hər vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur"
Ermənistan hər bir vəchlə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Ermənistan rəhbərliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini təhrif edən müxtəlif açıqlamalar verilir, iddialar irəli sürülür. Bunlar da reallıqdan tamamilə kənardır, cəfəngiyyatdır:
"Xüsusilə Ermənistan rəhbərliyi tərəfindən münaqişəyə insan hüquqları donu geyindirilməsi cəhdləri və yaxud Azərbaycanın guya Dağlıq Qarabağda əhali olmadan, yalnız əraziləri istəməsi barədə fikirlər də tamamilə qəbuledilməzidir və reallıqdan tamamilə kənardır. Əslində Ermənistan tərəfindən Azərbaycanın əraziləri işğal edilib və Azərbaycana qarşı hərbi təcavüz əməlləri həyata keçirilib. Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin tərkib hissəsi olaraq çoxsaylı müharibə cinayətləri, insanlıq əleyhinə cinayət əməlləri törədilib ki, bunlar da büynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır".
PA rəsmisi bildirib ki, bu gün Ermənistan tərəfi hətta Dağlıq Qarabağın azərbaycanlı icmasının olması faktını inkar edir və hər bir vəchlə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların yaradılmasına mane olur, buna imkan vermir: "Ermənistan tərəfinə xatırlatmaq istərdik ki, insan hüquqlarına dair bütün beynəlxalq sənədlərdə açıq və birmənalı şəkildə təsbit olunub ki, insanların hüquqlarının pozulması ilə digər hər hansı bir hüquqların həyata keçirilməsi tamamilə qəbuledilməzdir və bu, düzgün yanaşma deyil. İnsan hüquqlarının müdafiəsi haqqında bütün sənədlərdə təsbit olunub ki, bu hüquqlar universal xarakter daşıyır və bərabərhüquqlu şəkildə təmin olunmalıdır. Və açıq şəkildə görünən ondan ibarətdir ki, Ermənistanın bu kimi iddiaları işğal və təcavüz faktını gizlətməkdən başqa bir şey deyil, Ermənistan obyektiv reallıqdan fikri yayındırmaq, həmçinin beynəlxalq ictimaiyyəti aldatmaq kimi addımlar atır".
H.Hacıyev əlavə edib ki, Ermənistanın bu kimi açıqlamalarının məhz bu günlərə təsadüf etməsi heç də təsadüfü deyil: "Çünki Ermənistanda Frankofoniya sammiti adlanan tədbir keçirilir ki, bu əsnada da Ermənistan qarşısına beynəlxalq ictimaiyyəti aldatmaq kimi məqsədlər qoyub. Amma bunlar da tamamilə əbəs yerə atılan addımlardır. Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini qəti şəkildə dəstəkləyir, Azərbaycanın bu istiqamətdə olan mövqeyi daim güclənir, beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş sənədlər də bir daha bunu sübut edir. Ermənistan tərəfi bu istiqamətdə olan destruktiv əməllərinə son qoymalı, münaqişənin həlli istiqamətində konstruktiv addımlar atmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





