Prezident İlham Əliyev “Azərbaycan” qəzetinin kollektivini təbrik edib
Prezident İlham Əliyev "Azərbaycan" qəzetinin kollektivinə təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:
"Sizi "Azərbaycan" qəzetinin 100 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram.
Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, milli mətbuatımızın inkişafına əvəzsiz töhfələr verən "Azərbaycan" qəzeti 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı kimi fəaliyyətə başlamışdır. Cəmi iki il işıq üzü görmüş və birinci respublikanın süqutu ilə fəaliyyətini dayandırmış qəzet nəşr olunduğu qısa dövr ərzində görkəmli ziyalıların, tanınmış ictimaiyyət nümayəndələrinin tribunasına çevrilərək, xalqımızın maariflənməsində, müstəqillik ideallarının gerçəkləşməsində, mədəniyyətinin yüksəlişində, mənəvi dəyərlərinin qorunmasında önəmli rol oynamışdır.
XX əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyə qovuşduqdan sonra nəşri bərpa olunmuş "Azərbaycan" qəzeti öz ənənələrini davam etdirərək, milli dövlət quruculuğu prosesində fəal iştirakı ilə seçilmişdir. Demokratik inkişafın tərkib hissəsi kimi söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün əlverişli şəraitin yaradılması milli mətbuatımızın, o cümlədən "Azərbaycan" qəzetinin öz missiyasını daha səmərəli şəkildə yerinə yetirməsinə yeni imkanklar açmışdır. Qəzet peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.
Respublikamızın dinamik inkişaf etdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə, habelə çoxsaylı informasiya resurslarının fəaliyyəti ilə şərtlənən rəqabət mühitində mətbuatımız ümummilli məsələlərin həlli, cəmiyyətimizin rifahı naminə üzərinə düşən vəzifələri daha böyük əzmlə yerinə yetirməyi bacarmalıdır. Əminəm ki, "Azərbaycan" qəzetinin kollektivi də qarşıdakı dövrdə bu çətin və şərəfli işin öhdəsindən uğurla gələcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Peru Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev: Hərə deyir ki, mən qalibəm - VİDEO
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
XƏBƏR LENTİ
-
Son 10 ilin ən yaxşı 5 serialı
-
Hər gün 2 qaşıq yeyin, görün nə olur...
-
Ana və qızın müzakirə yaradan VİDEOsu - 51 yaşlı qadın qızını kölgədə qoydu
-
Avropanın 30 il axtardığı qadın həbs edildi
-
Bakı-Tbilisi-Bakı sərnişin qatarı Gürcüstan paytaxtından yola düşüb
-
"Çukur"un aktyoru yeni serialda - FOTO
-
“Kifayət qədər qol vura bilmədiyimizə görə narazıyam”
-
Defnenin özündən 23 yaş kiçik sevgilisi
-
Sabah Rəvan Qarayevin toyudur
-
İran Küveytə ballistik raket atıb
-
İran ordusu ABŞ ilə İsrailin istənilən hücumuna hazırdır - SEPAH
-
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
-
Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
-
Peru Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
5-ci sinif şagirdi vəfat etdi
-
"Qızım arzumu reallaşdırdı"
-
Prezident İlham Əliyev: Hərə deyir ki, mən qalibəm - VİDEO
-
Prezident İlham Əliyev: Hər gün gücümüz artır, imkanlarımız artır - VİDEO
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"





