Siyasət

BMT-nin baş katibi yolüstü Bakıda olub

2 Aprel 2010 09:44
Baxış: 240
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində görülən işlər müzakirə olunub. Nazir E.Məmmədyarov baş katibə münaqişənin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və Azərbaycanın tutduğu mövqe barədə ətraflı məlumat verib. Bildirib ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə bilər.

BMT-nin baş katibi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına ümid etdiyini bildirib, münaqişənin həllinin bütün regiona müsbət təsir edəcəyinə əminliyini diqqətə çatdırıb. Nyu-Yorkda Haitidə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr edilmiş donorlar konfransının yekunlarına toxunan Pan Gi Mun Azərbaycanın bu məsələdə dəstəyini xüsusi vurğulayıb.

Görüşdə regionda baş verən digər proseslər ətrafında da fikir mübadiləsi də aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.