Siyasət

Ərdoğan: "TANAP Azərbaycanla Türkiyə arasında etimadın göstəricisidir"

12 İyun 2018 20:00
Baxış: 827

Transanadolu boru kəməri (TANAP) Azərbaycanla Türkiyə arasında etimadın göstəricisidir.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhər şəhərində keçirilən TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

R.T.Ərdoğan qeyd edib ki, TANAP, həmçinin çoxtərəfli əməkdaşlığın göstəricisidir.

Dövlət başçısı bildirib ki, Türkiyə və Azərbaycan TANAP layihəsinin reallaşdırılmasını elan edəndə, bir çoxları buna inanmamışdı:

"Türkiyə və Azərbaycan bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi müxtəlif mühüm layihələr həyata keçiriblər. Bütün bunlar çox strateji layihələrdir".

Prezident deyib ki, TANAP regionun inkişafına kömək edəcək:

"TANAP-ın sayəsində Türkiyə enerji bazarının vacib oyunçularından birinə çevrilib. Mən Azərbaycan Prezidenti İlham Əliyevə belə mühüm layihənin reallaşdırılmasına görə təşəkkürümü bildirirəm".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.