Rəy sorğusu: Respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcək
"ELS - Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi Azərbaycan Prezidenti seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə cari ilin fevral-mart aylarında 68 rayonda (Naxçıvan MR-in ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) 1580 respondentin rəy sorğusunu keçirib.
Milli.Az Trend-ə istinadən bildirir ki, rəy sorğusunun nəticələrinin təqdimatında İctimai Birliyin rəhbəri İradə Yaqubova bildirib ki, sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4%-ni şəhər, 6,2%-ni qəsəbə, 43,4%-ni isə kəndlər təşkil edib.
Onun sözlərinə görə, sorğuda iştirak edən respondentlərin 49,4%-ni kişilər, 50,6%-ni isə qadınlar təşkil edib. Respondentlərin 28,7%-i 18-29 yaş, 22,3%-i 30-39, 18,8%-i 40-49, 16,8%-i 50-59 yaş, 13,4%-i isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olub. Ailə vəziyyətlərinə görə onların 73,3%-i evli, 19,9%-i subay, 5,2%-i dul, 1,6%-i isə boşananlar olub. Rəyi soruşulanların təqribən yarısı, yəni 48,3%-i orta təhsilli, 20,7%-i orta ixtisas təhsilli, 4,2%-i natamam ali təhsilli, 20,5%-i ali təhsilli, 6,3%-i isə tam orta təhsili olmayanlardır.
Məşğulluqlarına görə respondentlərin 17,3%-i dövlət sektorunda, 21,7%-i özəl sektorda, 15,2%-i özünə işləyən, 3,3%-i tələbə, 11,3%-i işləməyən təqaüdçü, 8,1%-i işsiz, lakin iş axtaran, 23,1%-i isə evdar qadınlardır. 2013-cü il prezident seçkilərindən sonra dövlətimizin idarə edilməsində qazanılan uğurları qeyd edən respondentlərin 94,3%-i uğurların olduğunu vurğulayıb. Bu uğurların sırasında təhlükəsiz yaşayış şəraiti (81,6%), sabit siyasi vəziyyət (78,9%), Qarabağ probleminin həlli istiqamətində fəaliyyət (44,3%) və digərləri qeyd olunub.
Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezidentinin həyata keçirdiyi siyasətlə bağlı suallar verilib. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 94,1%-i bu siyasəti dəstəklədiklərini, 2,9%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 3,0%-i cavab verməkdə çətinlik çəkiblər.
Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (86,0%-i) bu siyasəti dəstəklədiklərini, 6,3%-i isə dəstəkləmədiklərini qeyd edib. Rəyi soruşulanların 7,7%-i suala cavab verməkdə çətinlik çəkib.
Son 5 ildə Qarabağ probleminin həlli istiqamətində ölkə Prezidentinin atdığı addımları qiymətləndirən respondentlər bu fəaliyyəti yüksək qiymətləndiriblər. Onların 65,3%-i atılan addımları çox uğurlu, 23,2%-i uğurlu, 6,3%-i uğursuz hesab edib. 5,2% rəyi soruşulan isə cavab verməkdə çətinlik çəkib.
Ermənistan-Azərbaycan münaqişəsinin həllində 25 ildən artıqdır iştirak edən beynəlxalq strukturların fəaliyyətinə münasibət birmənalı olub. Belə ki, ATƏT-in Minsk qrupu, AŞ PA, BMT təmsilçilərinin fəaliyyətini uğurlu hesab edənlərin sayı cəmi 7,0% olub. Bu qurumların fəaliyyətini uğursuz hesab edənlər 86,9%-dir. Cavab verməkdə çətinlik çəkənlərin nisbi sayı 6,0% olub. Uğursuz fəaliyyəti qeyd edənlərin 28,3%-i, yəni üçdə biri bu qurumların problemin həllinə münasibətlərini laqeyd, hətta ermənipərəst hesab ediblər.
Sorğu zamanı respondentlərə "Növbəti prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə, kimə səs verərdiniz" sualı ünvanlanıb. Lakin sorğu prezident seçkiləri elan olunduğu vaxta təsadüf etdiyindən respondentlər bu suala 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərini nəzərdə tutaraq cavab veriblər. Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildirib. Respondentlərin 26,1%-i ola bilər ki, iştirak edəcəklərini, 6,8%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyib. Cavabdan imtina edənlərin sayı 0,6% təşkil edib.
Sorğu zamanı respondentlərə 2013-ci ildə keçirilmiş ölkə prezidenti seçkilərində kimə səs verdiklərini barədə sualla müraciət edilib. Onların 83,3%-i İlham Əliyevi, 1,2%-i başqa namizədləri dəstəklədiklərini deyiblər. Rəyi soruşulanların 8,6%-i seçkilərdə müxtəlif səbəblərdən, o cümlədən yaşları çatmaması səbəbindən iştirak etməyiblər. Respondentlərin 6,9%-i cavab verməkdə çətinlik çəkiblər.
Ölkəmizdə 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində edəcəkləri seçimi açıqlayan respondentlərin 84,1%-i seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2%-i başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2%-i hələ seçim etmədiklərini bildiriblər. 6,5% respondent isə ümumiyyətlə seçkilərdə iştirak etmədiyini etiraf edib.
Beləliklə, sorğunun nəticələri onu deməyə əsas verir ki, əvvəllər olduğu kimi, bu gün də Azərbaycan seçicisi Prezident İlham Əliyevə alternativ görmür, ötən prezidentlik dövründəki fəaliyyətini qənaətbəxş hesab edir və birmənalı olaraq növbəti prezidentlik müddətində ölkənin məhz onun rəhbərliyi altında olmasını istəyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
XƏBƏR LENTİ
-
Vəfa Şərifova sevgilisi ilə görüntüsünü paylaşdı - (Video)
-
"Yuventus" millimizin futbolçusuna "elçi düşdü"
-
Aparıcı Çinarə qızı üçün aldığı evi nümayiş etdirdi – (Video)
-
Astarada sərnişin mikroavtobusu aşdı - 10-dan çox yaralı var - (Yenilənib)
-
20 hərbçinin həlak olduğu təyyarə qəzasından bir il ötür
-
Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
-
Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - (Video)
-
Ayın 12-də 14 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
“Xankəndi” FK-nın doğma şəhərinə köçürülməsi planlaşdırılır
-
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib
-
Səday Alıyev məhkəmədə ittihamı qəbul etmədi
-
Azərbaycanlı aktyor Hollivud filminin ssenarisini dəyişdi - 25 yaşlı gəncin xarici mediaya müsahibəsi - (Foto)
-
Bəzi işçilərin maaşı saatla hesablanacaq - Yeni qayda açıqlandı
-
İrandan Azərbaycana 34 kq narkotik keçirilməsinin qarşısı alınıb
-
Bakıda torpaq almaq istəyənlərin diqqətinə: Qiymətlər yenidən artdı
-
Məsud Pezeşkian da Türkiyədədir
-
Hansı müəllimlərin maaşı artacaq?
-
Şahrux Xan 61-ci doğum gününü belə keçirdi - (Video)
-
44 yaşlı şöbə rəisi qəfil vəfat etdi - (Yenilənib)
-
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib
-
Azərbaycanda maaşlar artdı
-
Bakıda BMW körpüdən aşdı - (Video)
-
Həyat yoldaşı iynə vurdu, öldü - Lənkəranda faciəvi hadisə
-
Bu adi görünən sentin qiyməti bir avtomobilin puludur - (Foto)





