"Özləri deyib, özləri də eşidirlər..."
Milli.Az SİA-ya istinadən BMAM sədri, politoloq Rufiz Qonaqovun yazısını təqdim edir.
Təəssüflə deməliyəm ki, öz ölkəsini tərk edib xarici ölkələri özünə yurd seçmiş bəzi üzdəniraqlar son günlər öz doğma vətəninə qənim kəsiliblər. Onların bu hərəkətləri Azərbaycan xalqının illərdir mövcud olan və sarsılmayan birliyinə xələl gətirmək cəhdidir.
Heç bir hakimiyyət, heç bir dövlət onlara bu qədər yumşaq yanaşmazdı. Cənab Prezident bu qədər səbr nümayiş etdirir. Prezidentin köməkçisi Əli Həsənov bu şəxsləri düz yola dəvət edir, ziyalılıq nümayiş etdirir, milli düşüncəylə onları sivil mübarizə aparmağa dəvət edir, amma onlar tərbiyəsizliklərini davam etdirirlər.
Professor, müəllim, humanist insan, peşəkar siyasətçi Əli Həsənov Avropada oturub təhqir yazanlarla bağlı paylaşdığı statusda bu şəxslərə böhtandan uzaq durmalarını məsləhət gördü. Ziyalıları, dövlətin atributlarını təhqir etməmələrini tələb etdi. Amma bunlar xislətlərindən uzaqlaşa bilmədilər.
Bu şəxslər və onları dəstəkləyənlər öyrədilmiş adamlardır. Xarici kəşfiyyatların əlində oyuncaqdırlar. Ölkəmizi, prezidenti, prezidentin komandasını gözdən salmağa cəhd edirlər. Amma unudurlar ki, onların heç bir yerdə heç bir dəstəyi yoxdur. Özləri deyib, özləri də eşidirlər. İndiyə kimi belə olub və bundan sonra da belə olacaq. Azərbaycan xalqı öz dövlətini, prezidentini, prezidentə sadiq olan komanda üzvlərini təhqir edən bu adamları nə tanımır, nə də tanımaq istəmir.
Söz, mətbuat azadlığı "carçısı" kimi çıxış edən bu qara piarçılar təhqirlərlə dolu sözlərdən, kobud ifadələrdən istifadə etmklə ilk növbədə özlərini ifşa edirlər.
Azərbaycandan uzaqda öz ölkəsini, onun simvollarını, ali nümayəndələrini təhqir etməklə öz rahatlıqlarını və gündəlik həyat tərzlərini təmin etməyə çalışmaq isə şəxsiyyətsizliyin bariz nümunəsidir. Bu şəxslər və onları idarə edənlər bilsinlər ki, Azərbaycanı sevməyənlər xalqımız tərəfindən tezliklə layiqli cəzalarını alacaqlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
Noyabrın “əsas qəhrəman” bürcləri
-
Tənhalıq demensiya riskini artırır
-
Mədə sancısı və krampa qarşı təsirli bitki çayı
-
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
-
Almanın üzərinə bir çimdik əlavə edin: faydası birə beş artır
-
Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək





