Siyasət

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə Kaspşikin ofisi fəal təsir göstərib - Hesabat

23 Mart 2018 18:24
Baxış: 1 142

2017-ci il ərzində ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi və onun komandası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti daimi analiz etmək üçün monitorinqlər həyata keçiriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ATƏT-in 2017-ci il üzrə hesabatında deyilir.

"Kapşikin ofisi zorakılığın istənilən növünə qarşı mübarizəni və sülh prosesinin davam etdirilməsini təmin etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri və Minsk qrupunun həmsədrlərinin işinə fəal şəkildə təsir göstərib. 2017-ci ildə Kaspşik münaqişə tərəflərinin razılığı ilə inamın möhkəmləndirilməsi üçün gələcək variantlar üzərində axtarışları davam etdirib", - hesabatda belə deyilir.

Bununla yanaşı, hesabatda deyilir ki, tərəflərin dəstəyi ilə Kaspşik və komandası ötən il 24 monitorinq aparıblar: bunların 6-sı Ermənistan-Azərbaycan sərhədində, 18-si isə təmas xəttində aparılıb.

"Bu tədbirlər ATƏT-in Minsk Qrupunun həmsədrlərinə regiona 4 dəfə yüksək səviyyədə səfər etməyə imkan verib", - hesabatda qeyd olunur.

1988-ci ildə Ermənistan tərəfindən Azərbaycana qarşı ərazi iddiaları başladı.

Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi - Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal faktoru hələ də davam edir.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.