Siyasət

Əli Kərimliyə ittihamlar…

23 Mart 2018 12:11
Baxış: 2 290

"Cəbhəxanaçı"ların sədrinin sabiq müşaviri Şakir Abbasov: "Mən sıravi vətəndaş kimi yaşayıram, ictimai nəqliyyatdan istifadə edirəm, dinə inanan adamam. 23 ildir Şüvəlanda bir daxmam var, orada yaşayıram, qapımda da balaca dükanım var, ali təhsilli həyat yoldaşım "Bakuş" satır. Amma bu gün tribunadan bar-bar çığırıb, millət deyənlərin hərəsinin altında "Jeep" var, mülklərdə yaşayırlar. Milləti aldatmayın, kişisiniz, qeyrətiniz olsun, bacarmırsınızsa, çəkilin durun kənarda. Bu gün Amerikadan Consonu gözləyirlər. 2003-cü ildə ABŞ səfirinin qarşısında demişəm ki, Amerikanın ayağı bu torpağa dəyəndən millət acdı. Biri gedir Fransada oturub qurbağa yeyir, oradan mənə əmr verir, burdakı qəzeti idarə edir. Ayıbdır, olmaz axı belə. Ürəyim ağrıyır bu şeylərə. Mən də qoşulub onların cərgəsində durardım, deyərdim siz deyəndir, mənə də qəpik-quruş verin. Mən ayrılmağımı şəxsi motiv adlandıranlar başqalarının arxasından min söz qoşublar".

Ş.Abbasovun sözlərinə görə, qurultaya kimi AXCP-nin daxilində çox böyük narazılıq olacaq: "Müşavirlər, İdarə Heyətindəkilər narazıdır. Vaxtilə Milli Şuraya dürtdükləri adamlar arasında əməlli başlı oyun gedir. Mən də bu oyunu açıram. Məndən qabaq gedən müşavirlərə üzümü tuturam niyə qorxursunuz, axı millət yazıqdır...

Saflig.com

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.