Siyasət

AŞPA-nın həmməruzəçiləri aprelin 11-də seçkiləri müşahidə edəcəklər

22 Mart 2018 12:27
Baxış: 524

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı səsvermə prosesini müşahidə edəcəklər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, onlar AŞPA müşahidə missiyasının tərkibində səsvermə ərəfəsində Azərbaycana səfər edəcəklər.

Missiyaya həmçinin Venesiya Komissiyasının üzvü Erik Holmoyvik daxil edilib.

Qeyd edək ki, AŞPA Azərbaycanda prezident seçkiləri ilə bağlı səsvermə prosesini ATƏT/DTİHB və ATƏT PA ilə koordinasiyalı şəkildə müşahidə edəcək. Viorel Riçard Badeanın rəhbərlik edəcəyi missiyaya 33 nəfər daxildir.

Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.