Siyasət
Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Milli Məclisdə olub
10 Avqust 2011 18:26
Baxış: 607
Azərbaycanda rəsmi səfərdə olan Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit avqustun 10-da Milli Məclisdə olmuşdur.
AzərTAc xəbər verir ki, parlamentin binası önündə qonağı Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov qarşılamışdır.
Dominika Birliyinin Baş naziri Milli Məclisin inzibati binası, iclas zalı ilə tanış olmuş, burada deputatlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişdir.
Qonaq Milli Məclisdəki Heydər Əliyev xatirə zalı ilə də tanış olmuşdur.
Sonra Ruzvelt Skerrit Milli Məclis sədrinin müavini Valeh Ələsgərov ilə görüşmüşdür.
Görüşdə V.Ələsgərov bildirmişdir ki, parlamentlərarası əməkdaşlığımız gələcəkdə iki ölkə arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir. O, bütün sahələrdə əməkdaşlığın genişlənməsinin və inkişafının siyasi sahədə əlaqələrdən asılı olduğunu vurğulamışdır. Bildirmişdir ki, iki ölkə arasındakı əməkdaşlıq ən yüksək səviyyədə qurulacaq və öz bəhrəsini verəcəkdir. Möhkəm siyasi əməkdaşlıq digər sahələrdə də əlaqələrimizin inkişafı üçün imkan yaradacaqdır.
V.Ələsgərov ölkəmizdə gedən sürətli iqtisadi inkişaf barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan regionda ən yüksək sürətlə inkişaf edən ölkədir. Respublikamız xarici dövlətlərlə iqtisadi əməkdaşlığı real səviyyədə təmin etmək imkanına malikdir. Azərbaycan bir çox dövlətlərə milyard dollarla ölçülən sərmayələr qoymaqda davam edir.
Azərbaycanın iqtisadi inkişafından, uğurla həyata keçirilən neft strategiyasından danışan parlament sədrinin müavini Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ümumi inkişafına mane olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz problemin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, ədalətli həllinin tərəfdarıyıq.
Dominika Birliyinin Baş naziri Ruzvelt Skerrit bildirmişdir ki, Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların çoxluğu demokratiyanın bariz nümunəsidir.
Səfəri çərçivəsində Azərbaycanın böyük iqtisadi inkişafının şahidi olduğunu vurğulayan qonaq dünyadakı iqtisadi böhranın ölkəmizə təsir etməməsindən məmnunluğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər bu ölkədə həyata keçirilən düzgün strategiyanın parlaq göstəricisidir.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Ruzvelt Skerrit qeyd etmişdir ki, Azərbaycan beynəlxalq təşkilatların köməyi ilə məsələnin həlli yolunu tapacaq, bir milyondan çox qaçqın və məcburi köçkün öz doğma yurdlarına qayıdacaqdır. Qonaq təmsil etdiyi ölkənin münaqişənin həllində Azərbaycanı dəstəkləyəcəyini demişdir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
XƏBƏR LENTİ
-
Moskvadakı restoranda ölən şəxsin generalın kürəkəni olduğu bildirilir
-
Xocavəndə daha 27 ailə yola salındı
-
Xətaidə səki niyə hasarlanıb?
-
Sabahın hava proqnozu açıqlandı
-
Naxçıvanda yük maşınından 4,5 kiloqram narkotik çıxdı
-
Özəl bağçalarda yeni sistem - Dövlət ödənişi necə edəcək?
-
Paşinyan köməkçisini vəzifəsindən azad etdi
-
55 nömrəli avtobus qəza törətdi - (Foto)
-
Xalq artistinin hovuz fotosu gündəm yaratdı - Tənqidlərdən sonra sildi - (Foto)
-
Apple “Telegram”ı niyə “App Store”dan çıxardı?
-
Yasamalın məşhur stadionu niyə bu vəziyyətə düşüb? - FOTO
-
Talebdən “Vardanyana görə Bakıya getmədim” açıqlamasına cavab
-
Bakıda və Ağdaşda işıqlar sönəcək
-
Gələn aydan radiatorun ömrünü uzatmaq üçün bunu edin
-
Müəllim olmaq istəyənlərə xəbər: Vakansiya seçimi başladı
-
Bir gündə 46 cinayət açıldı
-
Bağçalara növbəyə yazılma dayandırıldı
-
Qızılın qiyməti 71 dollardan çox artdı
-
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
-
BDYPİ sürücülərə müraciət etdi
-
69 yaşlı təqaüdçü mağazaya helikopterlə getdi
-
“Nəhayət ki, mən də istirahət edərmişəm”
-
Smartfonda silinməyən məlumatlar: “Gizli zibillər” harada qalır?
-
Azərbaycanda donuzlarla bağlı geniş monitorinq keçiriləcək