Siyasət

Brüsseldə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

26 Mart 2010 18:05
Baxış: 180
Martın 25-də Brüsseldə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkonun Aİ Şurası Baş Katibliyi Siyasi Departamentinin rəisi Xelqa Şmid və Avropa Komissiyasının xarici əlaqələr üzrə baş direktoru Juan Almeyd ilə görüşündə Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub.

Bu barədə RF XİN-in məlumatında deyilir.

Həmçinin, görüş zamanı geniş məsələlər dairəsi müzakirə olunub - modernləşdirmə üçün tərəfdaşlıq, Rusiya - Aİ yeni baza sazişinə dair danışıqların gedişi, Rusiya ilə Aİ arasında vizasız rejimin tətbiqi perspektivləri, həmçinin, Rusiya - Aİ əməkdaşlığına dair digər aktual mövzular.

Tərəflər Yaxın Şərq nizamlanması, Cenevrə müzakirələrinin gedişi, Sudanda və onun ətrafında vəziyyət də daxil olmaqla aktual beynəlxalq problemlərə dair fikir mübadiləsi aparıblar. Əsas diqqət Vankuverdən Vladivostoka qədər olan məkanda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi mövzusuna yönəlib.

/Trend News/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.