Martın 18-də Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının iclası keçiriləcək. İclasın gündəliyində duran əsas məsələ partiyanın qurultayının keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılmasıdır.
Bu barədə Milli.Az xəbər portalına AMİP-in Baş katibi, sədr əvəzi Fuad Muxtarov bildirib.
F.Muxtarovun sözlərinə görə, bununla da qurultayın keçirilməsi ilə bağlı hazırlıq prosesinə start veriləcək.
Baş katib qeyd edib ki, qurultayın bu qədər gecikməsi yalnız yer problemi ilə bağlı deyildi, bir çox başqa problemlər də vardı: "Onlar da şükür ki, yavaş-yavaş aradan qalxır. Ona görə də qurultayın keçirilməsi ilə bağlı artıq ortada qəti qərar var."
Partiyanın qurultayı seçkidən əvvəl keçiriləcək. "Təbii ki, hazırlıq işləri görülməlidir, 70-ə yaxın rayon təşkilatının konfransları keçirilməli, qurultaya nümayəndələr seçilməlidir. Bütün bunlar vaxt aparan prosesdir. Bununla belə, yaxın 2-3 ay ərzində qurultayın keçirilməsi nəzərdə tutulur"- o, deyib.
Baş katib bildirib ki, partiyanın sədrliyinə yeni namizədlərin olması istisna deyil: "Amma indidən dəqiq nəsə söyləmək çətindir. Bir az gözləmək lazımdır. Təşkilat komitəsi işə başlayandan qısa müddət sonra qurultayın vaxtını müəyənləşdirəcək və namizədlərin də qeydə alınması prosesi başlayacaq. Bu zaman yeni namizədlərin ortaya çıxması ehtimalı böyükdür".
Fuad Muxtarov özü isə namizədliyini verməklə bağlı hələlik qəti qərara gəlməyib.
Partiyanın sədr əvəzi qurultayda AMİP-lə bağlı bir çox dəyişikliklərin olacağını da istisna etməyib. "Yeni sədr seçiləcəksə, deməli, yeni kadr təyinatları da olacaq. Partiya strukturlarının formalaşmasında yeni sədrin fikri əsas götürüləcək. Partiyanın kursu ilə bağlı da diskusiyalar keçiriləcək, amma hansı kursun seçiləcəyini indidən söyləmək tezdir. Təbii ki, çoxlu dəyişikliklər baş verəcək" - o, bildirib.
Partiyanın parlament seçkisinə hazırlıq prosesinə isə indidən start verildiyini deyən F.Muxtarov istər partiya daxilində, istərsə də digər partiyalarla mövzuyla bağlı müzakirələr aparıldığını bildirib. "Bir neçə qrupla, partiya ilə danışıqlar gedir, amma hələ ortada heç bir nəticə yoxdur. "
İstər Müsavat, "Azadlıq" bloku, istərsə də Demokratiya Uğrunda İttifaq ətrafında başlayan seçki müzakirələrində AMİP-in adının hallanmamasına münasibər bildirən F.Muxtarov bu qüvvələrlə əməkdaşlığı məntiqsizlik adlandırıb.
"Bu onun göstəricisidir ki, həmin qüvvələrlə AMİP-in ittifaqı alınmır. Bunun qısa cavabı budur. Bir məsələnin uğursuzluğa uğrayacağını əvvəlcədən bilə-bilə əlavə vaxt və enerji itkisinə yol vermək məntiqsizlik olardı"- F.Muxtarov deyib.
Qeyd edək ki, Etibar Məmmədov 2004-cü ilin sonunda partiyanın sədrliyindən istefa verdikdən sonra, partiya daxilində parçalanma baş verib. Ondan sonra AMİP-in sədri olan Əli Əliyevə qarşı partiya daxilində narazılıq yarandığı zaman partiya üzvlərinin bir qismi AMİP-dən gedib.
Еtibаr Məmmədоv hаzırdа Bеynəlxаlq Dеmоkrаt İttifаqının (BDİ) sədr müаvinidir.
AMİP-in keçmiş sədri Ayaz Rüstəmov 2007-ci ilin sonunda vəzifəsindən istefa verib. AMİP-ə yeni sədr seçmək üçün partiyanın fövqəladə qurultayı keçirilməlidir. Sədrliyə hal-hazırda üç nəfər iddia edir - partiyanın Nərimanov rayon təşkilatının sədri Ələddin Əsgərov, Goranboy rayon təşkilatının sədri Fəqan Məhərrəmli, AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov.
Yaşar
Milli.Az
Siyasət
Fuad Muxtarov: "Qurultayda AMİP-in siyasi kursu da müzakirə olunacaq"
17 Mart 2010 15:30
Baxış: 1 157

DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - VİDEO - FOTO
-
Oquldjaxan Atabayeva Bakı Kitab Mərkəzində olub - FOTO
-
"Zəngəzur dəhlizinin idarəçiliyi özəl şirkətə verilə bilər" - Paşinyan
-
Sovet dövründə tikilən evlərin sənədləşdirilməsi qaydaları dəyişdi
-
Ədliyyə orqanlarının xüsusi xəzinə hesabı yaradılır
XƏBƏR LENTİ
-
“Qarabağ”ın ÇL-dəki rəqibi bəlli oldu
-
"Maraqlanırdılar ki, nə vaxt öləcəm"
-
Yolunuz açıq olsun: Bu bürclər üçün həyat yenidən başlayır
-
"Namiq Aygün Kazımovanın yanında oxumaqla akademiya bitirdi" - VİDEO
-
Həkim böyük qarının gizli təhlükələri barədə xəbərdarlıq edir
-
Mükəmməl olmağa çalışmaq psixoloji problemdir?
-
37 il deputat olan siyasətçi kirayə haqqına görə mənzilindən qovuldu
-
Bədəni elektrik stansiyası kimi işləyir: 860 volt istehsal edən balıq rekorda imza atdı
-
Bağça yaşlı uşaqlar neçə dil bilməlidir?
-
Həkim: Xərçəngdən sağ qalma nisbəti 50 il ərzində 4 dəfə artacaq
-
Mirzə Babayev kimdir? - Kəpənəyin dalınca qaçan sənətkar
-
Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - efirdə dava düşdü - VİDEO
-
“Dedi ki, yoldaşımı vurmuşam, kömək edin” - təfərrüat - yenilənib
-
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından məhrum edildi
-
Laçında yanğın olan ərazidə partlayış baş verdi - yenilənib - VİDEO
-
Kanalda batan Dəniz respublika çempionu imiş - VİDEO
-
Günün qoroskopu: Ətrafınızda sizi inkişaf etdirəcək bir fikir doğa bilər
-
"Ülvira ilə 4 ay küsülü qaldıq" - VİDEO
-
Ronaldo 2013-cü ildə qazandığı “Qızıl top”u satdı - FOTO
-
Suriyadakı vəziyyətə dözə bilmərik, 3-4 saat ərzində... - Fidan
-
Leyla Əliyeva fotosərgi açılışında - FOTO
-
Şəhriyar Əbilov AzTV-dən ayrıldı
-
10 nömrəli forma Yamala verildi - FOTO
-
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər