Leyla Əliyeva BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini ilə görüşüb - FOTO
Mayın 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini İbrahim Thiau ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ətraf mühitin mühafizəsi və davamlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb, yerli və regional səviyyədə görülən işlər, irəli sürülən təşəbbüslər müzakirə edilib. Leyla Əliyeva IDEA-nın son beş ildə əldə etdiyi nailiyyətləri, hazırda həyata keçirilən layihələri və gələcək planları haqqında BMT rəsmisinə məlumat verib.
Leyla Əliyeva qarşıdan gələn BMT Ətraf Mühit Assambleyasının 3-cü görüşünə toxunaraq, tədbirin çirklənmə mövzusuna həsr edilməsinin təqdirəlayiq olduğunu, müasir dünyada bu problemin yaratdığı təhlükənin ciddiliyini qeyd edib. O, rəhbərlik etdiyi IDEA kampaniyası tərəfindən ətraf mühitin çirklənməsinin qarşısının alınması, təkrar emal və tullantıların idarə edilməsi üzrə həyata keçirilən layihə və tədbirlər haqqında danışıb, Azərbaycanda bu istiqamətdə aparılan fəaliyyətdə UNEP-in iştirak edəcəyinə ümidvar olduğunu bildirib.
Bununla yanaşı, Leyla Əliyeva IDEA-nın Azərbaycanda dəniz ətraf mühitinin mühafizəsi, xüsusən də nəsli kəsilmək təhlükəsi altında olan nərə balığının qorunması üzrə səyləri, o cümlədən bu balığın artması üçün vacib olan Kür çayının deltasının təmizlənməsi layihəsi haqqında danışıb.
IDEA-nın təbiətin qorunması istiqamətində gördüyü işləri yüksək qiymətləndirən İbrahim Thiau bildirib ki, UNEP Azərbaycan hökuməti, qeyri-hökumət təşkilatları və digər maraqlı tərəflər ilə sıx əməkdaşlığa önəm verir.
UNEP və IDEA-nın əsas məqsəd və vəzifələrinin üst-üstə düşdüyünü nəzərə alaraq, tərəflər əməkdaşlığı davam etdirmək və genişləndirmək niyyətində olduqlarını vurğuladılar.
Görüşün sonunda Leyla Əliyeva UNEP-in icraçı direktoru Erik Solxeymi Azərbaycana səfərə dəvət edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsi - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciət edib - (Video/Foto)
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
XƏBƏR LENTİ
-
İki cüdoçumuz dünya çempionatının 1/8 finalına yüksəldi
-
Pakistanın təhlükəsizlik qüvvələri 8 terrorçunu zərərsizləşdirdi
-
Məsud Pezeşkian Türkmənistana səfər edəcək
-
Ayın 5-də yağış yağacaq - Proqnoz
-
Samux rayonunda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş "Ey hörmətli Müəllim...!" adlı tədbir keçirilib - (Foto)
-
Azərbaycan Meksikanın Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub - (Foto)
-
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - (Video)
-
"20 ildir millidəyəm, ilk dəfədir utanıram"
-
Avropa çempionatının ikinci günü 5 boksçumuz rinqə çıxacaq
-
Braziliyada prezident seçkiləri keçirilir
-
Merts Ukraynaya elan olunmamış səfər etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Bu bölgəyə 20 sm qar yağdı
-
Kamaləddin Qafarov: YAP yeni məsuliyyət mərhələsindədir
-
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
-
Şəfəq qəsəbəsində yaşayış binasında partlayış -Yaralanan var
-
Rusiya ordusunun Ukraynada itkiləri açıqlandı
-
“Neftçi” və “Spartak” 75 ildən sonra yenidən üz-üzə gələcək
-
Bu uşaqlara qəhvə qəti verilməməlidir
-
700 min insan onu görməyə getdi
-
ABŞ-də 6 nəfərin olduğu təyyarə yoxa çıxdı - Qalıqları tapıldı
-
Ucarda ağır qəza - Ölən var
-
Dünya bazarında neft ucuzlaşdı
-
Üzüstü, arxasıüstə, yoxsa böyrü üstə? Ən sağlam yuxu pozisiyası bəlli oldu





