Siyasət

Həmsədrlər yenə gələcəklər

11 Mart 2010 17:36
Baxış: 173
Milli.Az xəbər portalı "Vesti" telekanalına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in nümayəndəsi Andrey Nesterenko bu gün Moskvada keçirdiyi brifinqdə deyib. O, bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri martın sonları-aprelin əvvəllərində Bakı və Yerevana səfər edəcəklər. XİN rəsmisinin sözlərinə görə, həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışırlar.

Andrey Nesterenko onu da deyib ki, Rusiya danışıqlar prosesinin gedişini normal qiymətləndirir. O, məlumat verib ki, tərəflərlə ATƏT-in Minsk qrupu həmsədrlərinin təqdim etdiyi Madrid prinsiplərinin yenilənmiş variantı ətrafında müzakirələr aparılır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.