Siyasət

İctimai Palatada bu dəfə nədən danışılacaq?

28 Aprel 2011 10:24
Baxış: 175
Sabah İctimai Palatanın növbəti sessiyası keçiriləcək. İP-in Koordinasiya Şurasının üzvü Pənah Hüseynin "müsavat.com"a verdiyi məlumata görə, sessiyaya sədrlik növbəsi rotasiya qaydasında Hacı İlqar İbrahimoğluna çatdığı üçün sessiyaya sədrliyi o həyata keçirəcək:

"Sədrlik Koordinasiya Şurasının üzvləri tərəfindən növbə ilə adların baş hərfi nəzərə alınmaqla əlifba sırası ilə həyata keçirilir. Əslində ötən sessiyada növbə Hacı İlqar İbrahimoğlunun idi. Hacı İlqar xaricdə olduğu üçün yerdəyişmə həyata keçirilmişdi və sessiyaya sədrliyi İsa Qəmbər həyata keçirdi. Ona görə də 29 aprel sessiyasına Hacı İlqar sədrlik etməlidir".

Sessiyanın gündəliyinə hansı məsələlərin daxil edilməsi isə Koordinasiya Şurasının dünənki toplantısında müəyyənləşib: "Yeni üzvlərin qəbulu nəzərdə tutulur. Bundan əlavə, ötən sessiyada iqtisadi islahatlar konsepsiyası Qubad İbadoğlu tərəfindən təklif olunmuşdu. Həmin sənədin 29 aprel sessiyasında müzakirəsi və qəbulu gözlənilir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.