Siyasət
ALP-nin "böhran masası" təklifi: bəyənən və rədd edənlər kimlərdir?
15 Aprel 2011 11:58
Baxış: 220
"Müxalifətdəki proseslərin nüvəsində KXCP, AXCP, ADP, VİP, ALP, AMİP, Ümid və Müsavat partiyalarını görürük. Bu 8 partiyanın çevrəsindən kənarda olan partiyaların da bir araya gətirilməsi məsələsini gündəmə çıxarmışıq. Müxalifətin Müşahidə Mərkəzinin və ya Böhran Masasının yaradılması təklifi də bu məqsədlə Lalə Şövkət tərəfindən irəli sürülüb".
Bu açıqlamanı APA-ya Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan deyib. O bildirib ki, bir müddət öncə ADP sədri Sərdar Cəlaloğlu ilə Lalə Şövkətin görüşü keçirilib: "Burada həmin təklif müzakirə olundu, həmçinin Sərdar Cəlaloğlu tərəfindən müxtəlif variantlar irəli sürüldü. Lalə Şövkət bildirdi ki, "Səkkizlər"in dəyirmi masa arxasında bir araya gəlməsinin tərəfdarıdır. İndi top meydanın İctimai Palatada təmsil olunan partiyalara aid hissəsindədir. Əgər onlar buna razılıq verərlərsə, müxalifətin birliyi istiqamətində növbəti addım atılar. Əgər razılıq verməsələr, Vətəndaş və İnkişaf Partiyası ilə birgə müxalifətin birliyi istiqamətində öz fəaliyyətimizi davam etdirəcəyik".
Ə. Temirxan qeyd edib ki, bəzi qəzetlərdə bu təklifdən sonra onlara qarşı qara kampaniya başlayıb: "Bizi iqtidarla əməkdaşlıqda günahlandırılar. Lakin ittiham edən şəxsin özü neçə illərdir iqtidarın müxalifətdəki rezidenti rolunu oynayır və münasibətləri qarışdırmaqla məşğuldur. Biz bunun fərqindəyik və lazımı cavab verəcəyik".
ALP sədri Ə.Temirxan Milli.Az xəbər portalına verdiyi açıqlamasında isə bildirdi ki, "səkkizlər"in bir araya gəlməsi ilə bağlı təklifə Klassik Xalq Cəbhəsi, Ümid, Demokrat partiyaları artıq razılıqlarını bildiriblər.
"Milli İstiqlal Partiyası İctimai Palatadan kənarda fəaliyyət göstərməsə də, prinsip etibarilə təkliflə razılaşıb. Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarından isə təklifimizə nə hə, nə də yox cavabı almışıq. Onların mövqeyini şərh etmək istəməzdik. Sadəcə, hesab edirik ki, hədəflər eyni olsa da, həmin hədəflərə gedən yollara fərqli baxışlar mövcuddur və bu yolları uyğunlaşdırmaq gərəkdir. Siyasi təşkilatların yollarının bir-biri təkrarlaması, eyni zamanda, bir-birlərinə zidd olmamaları üçün zəruri məsləhətləşmələr aparılmalıdır. Fəqət, AXCP və Müsavat istəmirsə, bu, onlarnın öz seçimidir", - Ə. Temirxan dedi.
Orxan
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
Ceyhun Bayramov Antonio Tayani ilə danışdı
-
Avropa Komissiyasının sədri 1 iyulda Azərbaycana gələcək
-
Kamaləddin Qafarov: “Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi”
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
XƏBƏR LENTİ
-
Psixoloqlar zəngin olmaq üçün lazım olan iki vərdişi açıqladı
-
İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?
-
Şərbətli şirniyyat sevənlər üçün Fatih sarması resepti
-
Fransa Norveçi darmadağın etdi
-
Dembeledən son 72 ilin ən sürətli het-triki
-
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
-
Danimarka azanı qadağan etməyə hazırlaşır
-
İsa Həbibbəylinin nadir əlyazmanı təqdim etməsi birmənalı qarşılanmadı (Video)
-
Burak Çelik “Yeraltı”na vida etdi - (Foto)
-
Daniel Sebalyos "Real"dan getdi
-
Çində 7 600 tonluq nəhəng binanı "yeritdilər" (Foto)
-
Günün qoroskopu: Özünüzü parlaq və enerjili hiss edirsiniz
-
Venesuelada dağıntılar arasında körpə doğuldu
-
"Neftçi" slovakiyalı hücumçu transfer etdi
-
Atam işini layiqincə görürdü - Murad Heydərov
-
İsrail və Livan arasında çərçivə sazişi imzalanıb
-
Venesuelada güclü zəlzələ: 920 ölü, 3500-ə yaxın yaralı - Yenilənib - (Video)
-
General-leytenant Arif Heydərovun 100 illik yubileyinə həsr olunmuş filmin premyerası keçirilib (Foto)
-
Azərbaycan təmsilçisi yenidən BMT-nin CEDAW Komitəsinin üzvü seçilib
-
“Adam var, tər tökür, xaricdə oxuyur, o birisi də burada gəzir…” - Mürsəl İbrahimov (Video)
-
Dilarə Səlim haqqında yayılan məlumata aydınlıq gətirdi
-
"Sabah"ın ÇL oyunlarının hakimləri açıqlandı
-
İllər sonra bir araya gəldilər - (Foto)
-
"Turan Tovuz" Vadji ilə bağlı qərar verdi