Siyasət
Azərbaycanlı millət vəkili AŞPA-da Gürcüstanın ərazi bütövlüyünü dəstəklədi
13 Aprel 2011 18:19
Baxış: 209
AŞPA-nın yaz sessiyasının bugünkü plenar iclasında Gürcüstanın Avropa Şurası qarşısındakı öhdəliklərinə dair hesabat dinlənilib. Hesabat ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva da çıxış edib. O, 6 ildir Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupuna rəhbərlik etdiyini və çox tez-tez Gürcüstanda səfərdə olduğunu deyib: "Gürcüstanın Avropa Şurasına üzv olduğu illər ölkədə demokratiya, insan hüquqları, korrupsiya sahəsində vəziyyət hamımızın yaxşı yadındadır. Amma son illər Gürcüstanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, qanunun aliliyi, korrupsiyaya qarşı mübarizə istiqamətində böyük işlər görülüb və bunu hər kəs görür. Təbii ki, hər yerdə olduğu kimi, Gürcüstanda da həllini gözləyən problemlər var. Amma ən əsası odur ki, problemlərin aradan qaldırılması istiqamətində siyasi iradə var, onların həlli istiqamətində addımlar atılır və Gürcüstan bütün sahələrdə inkişaf edir".
Q. Paşayeva bildirib ki, Gürcüstanda demokratik institutların inkişafı, insan haqlarının qorunması, qanunun aliliyi bu ölkədə yaşayan milli azlıqlar üçün də çox vacib və əhəmiyyətlidir: "Biz ümid edirik ki, məruzədə vurğulandığı kimi, Gürcüstan hakimiyyəti milli azlıqların haqlarının qorunması, onların cəmiyyətə daha çox inteqrasiyası, dövlətin və cəmiyyətin idarə olunması istiqamətində görülən işləri gələcəkdə daha da sürətləndirəcək. Məsələn, Gürcüstan prezidenti Mixail Saakaşvilinin azərbaycanlıların bayramı olan Novruz bayramının Gürcüstanın dövlət bayramı kimi qeyd edilməsi ilə bağlı açıqlama verməsi və bu il həmin bayramın yüksək səviyyədə qeyd olunması Gürcüstan azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Amma bu ölkənin bütün vətəndaşları üçün ən ağır problem Gürcüstanın ərazi bütövlüyünün pozulmasıdır. Mən hesab edirəm ki, bizim bu məsələyə geniş diqqət ayırmamız vacibdir. Baxmayaraq ki, Gürcüstan və Azərbaycan artıq neçə ildir AŞ üzvləridir, hər iki ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində ciddi nəticələr yoxdur. Beynəlxalq nəzarətdən kənar "boz zonalar" Avropanın təhlükəsizliyi üçün də ciddi təhdiddir. Gürcüstanın ərazi bütövlüyünün pozulması təbii ki, ölkənin bütün sahələrdə sürətli inkişafına böyük maneələr törədir".
Azərbaycanlı millət vəkidi bildirib ki, AŞPA bu məsələdə Gürcüstana dəstəyi daha da artırmalıdır. Çünki Gürcüstan dövləti və xalqı Gürcüstanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində AŞ-nin səylərini daha da artırmasını gözləyir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
“Azad Logistik”dən şikayət: Avtomobillər gəlmir, əlavə 1400 dollar istəyirlər - (Foto)
-
Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? - Komitədən açıqlama
-
Hacı Nihat Əliyev vəfat etdi
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq
-
Kobaxidzedən Ermənistanın yeni konstitusiya layihəsinə münasibət
-
Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək (Video)
-
Safurə dəbdəbəli evindən görüntülər paylaşdı – (Foto)
-
Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)