Siyasət

İctimai Palatada islamçılarla millətçiləri qəbul edəcəkmi?

12 Aprel 2011 11:24
Baxış: 223
"Azərbaycan müxalifətində dağınıqlıq yaşanması, birliyin olmaması barədə fikirləri o qədər də əsaslı saymıram. Çünki müxalifətin aparıcı qüvvələri İctimai Palatada birləşiblər".

Bu fikirləri Müsavat Partiyası Ali Məclisinin keçmiş sədri Sülhəddin Əkbər Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi. Onun sözlərinə görə, indi söhbət müxalifət qüvvələrinin hansı konfiqurasiya və formatda birləşməsindən, birliyin daha təkmil variantlarının axtarışından gedə bilər.

"İctimai Palatada müxalifət düşərgəsindəki bütün qüvvələrin təmsil olunmasına gəldikdə isə, təbii, özünü müxalifət elan edən təşkilatların hamısı orada yoxdur. Müxalifətin genişmiqyaslı birləşməsi, xüsusilə də islamçı və millətçi kəsimləri təmsil edən siyasi təşkilatların İctimai Palatada yer almaları məsələsi ciddi müzakirələr tələb edir. Hər şey bu birliyin nə qədər səmimi olacağından irəli gəlir. Hər halda İctimai Palatada demokratik qüvvələrin birləşməsinə imkan var", - S. Əkbər dedi.

Ayrı-ayrı siyasi partiyaların İctimai Palatada təmsil olunmamasına gəldikdə isə, onun fikrincə, problemin kökündə ola bilsin ki, yaxın tarixdən qaynaqlanan məsələlər, partiya rəhbərlərinin bir-birlərinə olan münasibətləri durur.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.