Siyasət

İbrahim Vəliyev AXCP-də sədr müavinliyindən niyə getdi?

11 Aprel 2011 11:31
Baxış: 513
Bir neçə gün öncə AXCP sədrinin müavini İbrahim Vəliyev partiya sıralarından istefa verdi. İndiki vaxtda onun müxalifətin aparıcı partiyalarından birinin rəhbərliyindən getməsinin səbəbləri barədə müxtəlif versiyalar var. İbrahim Vəliyev isə istefasının səbəbləri ilə bağlı hələ də açıqlama verməyib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Milli.Az xəbər portalına verdiyi açıqlamasında bildirdi ki, İ.Vəliyev partiya sıralarından istefasının sırf şəxsi problemləri ilə bağlı olduğunu deyib.

"İnsanların siyasi mövqeyini dəyişmədən təşkilat sıralarını tərk etmələrinə və belə seçimlərinə normal yanaşmağı bacarmalıyıq. İbrahim bəy uzun illər ərzində Xalq Cəbhəsində, xalq hərəkatı başlayandan bəri sıralarımızda olmuş insandır. Lakin yaşı, iş rejimi və imkanları yəqin ki, ona aktiv siyasi fəaliyyətə imkan vermir. Onun istefası siyasi səbəblər, hər hansı kənar təsirlər və ya mövqe dəyişiklikləri ilə bağlı deyil. İbrahim Vəliyevin mövqe və ya partiya dəyişəcəyini də gözləmirəm", - F.Qəhrəmanlı dedi.

Ceyhun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.