Siyasət
Çexiya Prezidentinin Azərbaycana səfərinin vaxtı açıqlanıb
7 Aprel 2011 17:52
Baxış: 151
Diplomatik mənbənin Trend-ə verdiyi məlumata görə, Çexiya Prezidenti Bakıya mayın 16-19-da səfər edəcək. Səfər iki dövlət başçısının 2009-cu ilin mayında Praqada birinci "Şərq tərəfdaşlığı" sammitində görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Bakıya səfər çərçivəsində biznes forumunun keçiriləcəyi gözlənilir. Çexiya Prezidentini səfəri zamanı hökumət nümayəndə heyəti ilə yanaşı, onu bu forumda iştirak edəcək biznes nümayəndə heyəti də müşayiət edəcək.
Azərbaycan ilə Çexiya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Bakıda Çexiya Respublikasının səfirliyi 2009-cu ilin dekabrından fəaliyyət göstərir. Bundan iki il əvvəl Azərbaycanın Praqadakı səfirliyi işə başlayıb.
Çexiya Respublikası ilə Azərbaycan arasında qarşılıqlı münasibətlər iqtisadiyyatdan mədəni dialoqa qədər bir çox sahələrdə inkişaf edir.
İkitərəfli münasibətlərin aktivləşdirilməsində Çexiya Respublikası rəsmi şəxslərinin son üç il ərzində Azərbaycana səfərləri mühüm rol oynayır. Çexiyanın yüksəkrütbəli nümayəndələrindən 2008-ci ildə XİN rəhbəri Karl Şvarsenberq, 2009-cu ildə isə Baş nazir Mirek Topolanek, Senat sədri Prşemısl Sobotka, maliyyə naziri Eduard Yanota və müdafiə naziri Martin Bartak Bakıda olublar.
2009-cu ildə Çexiya Respublikasına Azərbaycan Prezidenti İlham Əliyev ("Şərq tərəfdaşlığı" sammiti çərçivəsində) və maliyyə naziri Samir Şərifov, bir il əvvəl isə XİN rəhbəri Elmar Məmmədyarov səfər edib.
Azərbaycan Cənubi Qafqazda Çexiyanın ən iri ticarət tərəfdaşıdır.
İldən-ilə artan mal dövriyyəsi 2010-cu il ərzində 38 milyon dollar təşkil edib. Çex mallarının idxalının payına 37,78 milyon dollar, Azərbaycan mallarının Çexiyaya ixracının payına isə 0,23 milyon dollar düşür.
Azərbaycana gətirilən əsas çex malları arasında tikinti və yük maşınları, inşaat elementləri, körpülərin inşası üçün elementlər, çap maşınları, dərmanlar, kosmetik vasitələr, yuyucu vasitələr, şüşə məmulatlar var.
Azərbaycandan ixrac olunan əsas məhsullar isə neft, pambıq və meşə fındığıdır. Çexiya Azərbaycandan idxal olunan neftin hesabına ölkənin neftə olan tələbatının 20 faizini təmin edir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu
-
"Onu itirmək həyatımdakı ən ağır sınaq olub" - Nəsrin Cavadzadə
-
Əməliyyatxanalarda niyə ağ yox, yaşıl və mavi geyimlər istifadə olunur? - Elmi səbəb
-
Özcan Deniz və Deniz Çakır da daxil olmaqla 35 şəxs saxlanılıb
-
WC qısaltmasının tarixi: 19-cu əsrin gigiyena inqilabından gələn simvol
-
"Eşref" arıqladı - (Foto)
-
Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: riskləri - (Video)
-
Günün qoroskopu: Daxili səsiniz bu gün daha dərin qatlardan danışacaq
-
UEFA Çempionlar Liqası: “Qalatasaray” “Aston Villa”nı məğlub edib
-
Brilyant niyə dəyərdən düşür? - (Video)
-
"Anam bibimin arzusunu gerçəkləşdirdi" - Manana Çaparidze
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi
-
Balakəndə 66 kişi bıçaqlandı - qardaşı saxlanıldı
-
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb, 5 hərbçi şəhid olub - Yenilənib
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Yenilənib
-
Yardımlıda itkin düşən şagirdin meyiti körpünün altından tapıldı - (Foto)
-
Məsmə Əliyevaya vəzifə verildi